Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndərin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir - ŞƏRH

Ulu Öndərin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir -  ŞƏRH

  Bakı, 11 dekabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirilən ideyaları daim ölkəmizi inkişafa, tərəqqiyə, yeni-yeni hədəflərə doğru aparır. Onun yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir. Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətçilik salnaməsinə şanlı səhifələr məhz onun siyasi xətti, rəhbərliyi ilə yazılıb. Bu gün böyük qürur hissi ilə Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından bəhs edirik. Təbii ki, bu uğurlar böyük səylərin, qətiyyətin nəticəsidir. Reallıq budur ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün ölkəmizin taleyinin necə olacağını təsəvvür etmək çətin deyildi. Ulu Öndər qayıdışı ilə Azərbaycanı vətəndaş müharibəsindən, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. O dövrün reallıqları bir daha bu həqiqəti təsdiqlədi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Ulu Öndərin zəngin idarəçilik təcrübəsi, düşünülmüş və məqsədyönlü siyasəti Azərbaycanı bu bəlalardan xilas edərək inkişaf, tərəqqi yoluna çıxardı. Dövlətçiliyimizin əsasları yaradıldı. Azərbaycanın inkişafını təmin edən milli Konstitusiyamız qəbul edildi. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bütün atributların bərqərar olmasına səylər göstərildi. Hər bir ölkənin inkişafının əsasında dayanan sabitlik, normal iqtisadi mühit yaradıldı. Müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan əsas vəzifələrdən biri kimi Azərbaycanın beynəlxalq aləmdə özünü təsdiqləməsi yönümündə mühüm addımlar atıldı. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ümummilli Liderin əsas diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Bir sözlə, Azərbaycan yenidən quruldu, müstəqil dövlət kimi dünya birliyində yerini və rolunu möhkəmləndirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, “Nə qədər Azərbaycan dövləti, xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq” fikri özündə bütün məqamları ehtiva edir. Ümummilli Liderin adı çəkiləndə ilk olaraq göz önünə Azərbaycan gəlir. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəri kimi dəyərləndirilir: “Müstəqilliyinin yenidən bərpasının ilk illərində Azərbaycanın başının üstünü qara buludlar alanda xalqın üzünü öz xilaskarına - dahi şəxsiyyət Heydər Əliyevə tutması səbəbsiz deyildi. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi, siyasi iradəsi, hadisələrə düzgün yanaşmaqla yanaşı, gələcəyə istiqamətlənən yolu müəyyənləşdirmək bacarığı və bunların əsasında dayanan Vətən, dövlət, xalq sevgisi Azərbaycanı o illərin çətinliklərindən, faciələrindən xilas etdi. Onun hakimiyyətinin hər iki dövrü xilaskarlıq missiyasını uğurla yerinə yetirməsi ilə xarakterizə edilir. Belə ki, hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş ittifaq respublikaları arasında ən geridə qalmış ölkədən qabaqcıl ölkəyə yüksəltdi. 1993-2003-cü illərdə isə Azərbaycanın müstəqilliyini əbədi və sarsılmaz etdi, yaratdığı möhkəm təməl sonrakı dövrdə qazanılan uğurların əsası oldu”.

Malik Həsənov vurğulayıb ki, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanı bundan sonra da ancaq və ancaq inkişaf müşayiət edəcək: “Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciəti ilə uğurlarımızın davamlılığını təmin etdi. Bu müraciət xalqa inamın növbəti ünvanını göstərdi. Ümummilli Lider böyük əminliklə bildirdi ki, axıra çatdıra bilmədiyi işləri, planları İlham Əliyev xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə həyata keçiriləcək. Ümummilli Lider Heydər Əliyev İlham Əliyevə özü qədər inandığını bildirdi. Həmin müraciətdən ötən 21 ildən artıq dövr Azərbaycanın tarixini uğur, zəfər səhifələri ilə zənginləşdirdi. Ulu Öndər hər zaman böyük inamla qeyd edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Qarabağda, Şuşada, Xankəndidə Azərbaycan Bayrağı dalğalanacaq. Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti, bu hədəfə çatmaq üçün yaradılan möhkəm təməl idi. Azərbaycanı yaradılan təməl üzərində daha da inkişaf etdirən, gücünü, qüdrətini artıran İlham Əliyev Prezidentliyinin 17-ci ilində tarixi Zəfərə imza atdı. Ümummilli Lider 2003-cü ildə xalqımızı gələcəklə bağlı düzgün seçim etməyə istiqamətləndirərkən böyük əminliklə qeyd etmişdir ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”.

Deputat vurğulayıb ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümidləri doğrultdu, adını tarixə torpaqlarımızın xilaskarı, qalib ölkənin qalib Lideri kimi yazdı: “Tarixi Zəfərimizdən üç il sonra suverenliyimizin tam bərpa olunması Azərbaycanın yeni dövrə qədəm qoymasını şərtləndirdi. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident və parlament seçkiləri keçirildi. İlham Əliyev prezident seçkilərində ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verdi. Dövlətimizin başçısı İlham Əliyev daim böyük qürur hissi ilə bu çağırışı edir ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik. Şəhidlərimizin və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, ərazi bütövlüyümüzü, öz ləyaqətini bərpa edən xalq kimi qurub-yaradırıq. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik, eləcə də bu gözəl diyarın bərpası missiyasını şərəflə yerinə yetirəcəyik”.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır