Ülvi Aydının yeni şeirlər kitabı çap olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin doktorantı, AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü, şair, publisist Ülvi Aydının “Gözün aydın, Azərbaycan!” adlı yeni şeirlər kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, şeirlər toplusunda zəfərimizi təcəssüm etdirən yüksək ovqatda yazılan bədii mətnlər yer alıb.
Yeddi bölmədən ibarət olan kitabın “Azərbaycanım” adlı bölməsində “Azərbaycan Ordusu”, “Qarabağ Azərbaycandır!”, “Haqqın səsi”, “Ali Baş Komandanımız”, “Tarix yaddaşında qalır şəhidlər”, “Şuşa azaddır!” şeirləri yer alıb.
Kitabın “Pulun etirafı” adlı digər bölməsində mənəvi əxlaqi dəyərləri özündə ehtiva edən “Özün üçün yaşamırsan”, “Kitablarla söhbət”, “Dəniz”, “Bağışla məni ürək” kimi bədii mətnlər oxuculara təqdim edilib.
Kitabın digər bölmələrində mənəvi dəyərləri əks etdirən və məhəbbət mövzusunda yazılan ədəbi nümunələr əks etdirilib.
Kitabın redaktorları BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qocayeva və filologiya üzrə fəlsəfə doktoru Aygün Zəkiyevadır.
Qeyd edək ki, Ülvi Aydının bundan əvvəl “Düşünək gərək”, “Çağlayan sevgi”, “Təmənnasız qan” və “Eşqin səsi” adlı kitabları çap olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]
Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib
- 16.06.2026 [15:27]
CENL-nin növbəti illik iclası yekunlaşıb
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]