Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konsert təşkil olunub
Bakı, 3 may, AZƏRTAC
Görkəmli bəstəkar Qara Qarayevin ev-muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə elmlər doktoru Alla Bayramova konsert haqqında ümumi məlumat verərək, tədbirin əhəmiyyətindən danışıb.
Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Züleyxa Abdulla və onun istedadlı tələbələri Ülkər Rüstəmli, Arzu İsmayılova, Nəzrin Bayramova, Şəms Əsgərova çıxış ediblər. İohan Sebastian Baxın, Friderik Şopenin, Ferens Listin, Klod Debüssinin, M.Balakirevin, Sergey Raxmaninovun əsərləri ilə yanaşı tanınmış bəstəkar Xəyyam Mirzəzadənin tək sağ əl üçün yazılmış “Ohne...” əsəri iyirmi illik aradan sonra Bakıda ilk dəfə ifa olunub.
Tədbir tamaşaçıların alqışları ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]
Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]