SİYASƏT
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət VİDEO
Bakı, 20 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasında rəsmi səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.
Sonra Belarus Prezidenti Aleksandr Lukaşenko tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək, məzarları üzərinə güllər qoymuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:54]
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
- 03.05.2024 [17:40]
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
- 03.05.2024 [16:38]
Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib
- 03.05.2024 [15:45]