ÜMUMMİLLİ LİDERİMİZİN DOĞUM GÜNÜ RUMINİYADA QEYD OLUNMUŞDUR
Rumıniyada yaşayan və təhsil alan azərbaycanlıların, habelə türk-tatar icması nümayəndələrinin iştirak etdiyi mərasimdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dumitru Balan və baş katibi, akademik İon Pop de Popa, Rumıniya-Azərbaycan Palatasının sədri Georgi Draqomir, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev Heydər Əliyevin ölkəmiz, xalqımız qarşısında tarixi xidmətlərindən, eləcə də Azərbaycan-Rumıniya dostluq, əməkdaşlıq münasibətlərinin inkişafı naminə gördüyü işlərdən söhbət açmış, görkəmli siyasi xadimin yüksək şəxsi keyfiyyətlərini xatırlatmışdır. Onun siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən məmnunluq bildirilmişdir.
Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, dünyəvi dövlət quruculuğunda misilsiz xidmətləri barədə geniş məlumat vermişdir.
Mərasim iştirakçıları Heydər Əliyevin büstü önünə əklillər və gül dəstələri qoymuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]