Ümummilli Liderin siyasi irsi nəsillərə örnəkdir
Bakı, 10 may, İbrahim Əsədov, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir. Ümummilli Lider bütün həyatını və fəaliyyətini doğma Azərbaycana, doğma xalqa həsr edib.
Bu sözləri dahi rəhbər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Cəmilə Aslanova AZƏRTAC-a müsahibəsində söyləyib. Müdrik şəxsiyyət Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını xatırladan C.Aslanova bildirib ki, Ümummilli Liderin siyasi irsi nəsillərə örnəkdir. Bu gün bütün dünyada tanınan müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin şah əsəridir.