ÜMUMMİLLİ LİDERİN XATİRƏSİ MOLDOVADA DA ANILMIŞDIR
Ölkəmizin Moldovadakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə səfir İsfəndiyar Vahabzadə müstəqil Azərbaycan dövlətinin formalaşmasnda, qorunub saxlanması və gücləndirilməsində, xarici siyasət kursunun müəyyənləşdirilməsində, nüfuzlu beynəlxalq təşkilatlara inteqrasiyasında ulu öndərin əvəzsiz xidmətlərindən söz açmış, respublikamızın sosial-iqtisadi sahədəki uğurlarını vurğulamışdır.
Mərasim iştirakçılarının çıxışlarında müdrik siyasətçinin dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi sonsuz minnətdarlıqla xatırlanmışdır.
Məlumat verilmişdir ki, Azərbaycan icması dost ölkənin paytaxtı Kişinyov şəhərində türk dünyasının böyük oğlu Heydər Əliyevin adının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyətini gücləndirəcəkdir.
Ulu öndərin xatirəsinə ehsan süfrəsi açılmış, ruhuna dualar oxunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:16]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [20:03]