ÜMUMRUSİYA AZƏRBAYCANLILAR KONQRESİ MOSKVALI BÖYÜK VƏTƏN MÜHARİBƏSİ VETERANLARI ÜÇÜN BAYRAM TƏŞKİL ETMİŞDİR
Moskva, 7 may (AZƏRTAC). Moskvadakı “Baku” kino-konsert kompleksində Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümü münasibətilə tədbir olmuşdur. Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) tərəfindən təşkil edilmiş görüşə Böyük Vətən müharibəsi veteranları, əmək cəbhəsinin tanınmış nümayəndələri, Moskva ictimaiyyətinin təmsilçiləri dəvət edilmişdi.
ÜAK rəhbərliyi adından çıxış edən icraçı direktor Eldar Quliyev müharibə iştirakçılarını Böyük Qələbə münasibətilə təbrik etmiş, faşizm üzərində qələbəyə Azərbaycanın və azərbaycanlıların töhfəsi barədə söhbət açmışdır. “Yedinaya Rossiya” partiyasının nümayəndələri, Moskvanın Şimal inzibati dairəsi üzrə bu partiyanın icraiyyə komitəsinin rəhbəri Vladimir Osipov, ÜAK-ın Moskva regional bölməsinin rəhbəri İlqar Hacıyev və başqaları da qonaqları salamlamışlar.
Rəsmi təbriklərdən sonra müharibə veteranları üçün konsert olmuş, sonra onlar nahara dəvət edilmişlər. Veteranlara Qələbənin 65 illiyi münasibətilə ÜAK-ın sifarişi ilə hazırlanmış xatirə medalları və Azərbaycanın rəmzi olan suvenirlər təqdim edilmişdir.
Veteranlar da öz növbəsində Azərbaycan diasporunun onlara diqqətinə və onların şərəfinə təşkil etdiyi bayrama görə dərin minnətdarlığını və təşəkkürünü bildirmişlər. Onlar qeyd etmişlər ki, bu, vaxtilə sovet xalqı adlanan bütün insanların ümumi bayramıdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb
- 11.06.2026 [23:01]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [22:51]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [22:23]
“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib
- 11.06.2026 [22:14]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:36]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [20:50]
Albaniya Respublikasının Baş naziri Edi Ramadan
- 11.06.2026 [20:10]
Qambiya Respublikasının Prezidenti Adama Barroudan
- 11.06.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [20:00]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:58]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:48]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:31]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [19:24]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [19:21]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [19:08]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [19:00]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:58]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:53]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:52]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [18:43]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [18:39]