UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək


Bakı, 18 aprel, AZƏRTAC
UNEC ilə Bakı Dizayn Akademiyası (BDA) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, memorandumu UNEC-in rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov və BDA-nın təsisçisi və icraçı direktoru Aysel Gülməmmədova imzalayıb.
Memorandumun məqsədi BDA-nın distribütor olduğu ABŞ-ın nəhəng informasiya texnologiyaları şirkətlərinin beynəlxalq təlim və imtahan mərkəzlərinin UNEC-də yaradılması olub.
Əməkdaşlıq memorandumu çərçivəsində UNEC tələbələri “Phyton”, eləcə də digər informasiya texnologiyaları ixtisasları üzrə universitetdə təşkil olunacaq imtahanlarda iştirak edərək beynəlxalq sertifikat ala biləcəklər. Eyni zamanda, “Java”, “HTML”, “Data Analytics”, “Cisco” və digər bir çox brendin, “Microsoft” ixtisaslarının beynəlxalq təlimlərindən yararlanmaq imkanı əldə edəcəklər. Memorandumda Bakı Dizayn Akademiyası və UNEC-in birgə iştirakı ilə müvafiq ixtisaslarla bağlı təlim, seminar, layihə və konfransların da təşkil edilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2025 [13:08]
ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub
- 30.04.2025 [13:07]
BDU “Orhun” mübadilə protokolu üzrə əməkdaşlığı genişləndirir
- 30.04.2025 [12:54]
Tanınmış rəssam Məmməd Şirzad bir sıra əsərlərini AMEA-ya bağışlayıb
- 30.04.2025 [11:54]
BMU ilə Pakistan universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib
- 30.04.2025 [11:18]
Azərbaycan alimi Kimya üzrə İllik Beynəlxalq Konqresdə məruzə edib
- 30.04.2025 [11:17]
Görkəmli riyaziyyatçı-alim Fərəməz Maqsudovun 95 illiyi qeyd olunub
- 30.04.2025 [11:17]
ADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olub
Bu gün Beynəlxalq Caz Günüdür
- [10:20]
Masallıda növbəti əmək yarmarkası keçirilib
- 29.04.2025 [23:43]
Uppsalanın mərkəzində üç nəfər qətlə yetirilib
- 29.04.2025 [23:19]
Almaniyada AfD-li siyasətçinin sabiq köməkçisi casusluqda ittiham olunur
- 29.04.2025 [23:02]