UNEC-dən təşəbbüs: Qarabağ Universitetinə 500 kitab hədiyyə edildi
Bakı, 1 aprel, AZƏRTAC
UNEC-in rektoru professor Ədalət Muradov universitetlərarası elmi əməkdaşlığın gücləndirilməsi və Qarabağ Universitetinə dəstək məqsədilə iki mühüm təşəbbüs irəli sürüb.
Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib. O, Prezident İlham Əliyevin son 200 ildən artıq bir dövrdə Türk dünyası tarixində ilkə imza atdığını, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etdiyini deyib. Rektor Qarabağ Universitetini Prezident İlham Əliyevin azad Qarabağda ucaltdığı möhtəşəm abidələrdən biri adlandırıb.
O, Qarabağ Universitetinə şəxsi kitabxanasından 500 yeni kitabı hədiyyə etdiyini bildirib, həmkarlarını, alimləri, bütün elmi ictimaiyyəti bu təşəbbüsə qoşulmağa dəvət edib. Bundan əlavə, rektor UNEC-in 5 milyon elektron resursa malik olan e-kitabxanasının da Qarabağ Universitetinin tələbə və müəllimləri üçün istifadəyə açıq olduğunu diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [16:23]