UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna qəbul olub
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) 2024-cü il məzunu Nəzrin Balayeva ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Nəzrin Balayeva MIT-in maliyyə ixtisası üzrə magistr səviyyəsinə təqaüdlə təhsil almaq hüququ qazanıb.
Nəzrin Balayeva UNEC-ə 660 balla qəbul olub və 99.03 ortalama ilə universiteti bitirib.
O, beynəlxalq nüfuzlu “Chartered Financial Analyst (CFA) level 1” sertifikasiyanı (ilk 10 faizdə) qazanan ən gənc tələbə olub.
UNEC-də bütün semestrlərdə TOP-15 təqaüdünü qazanıb, eyni zamanda AQA Şirkətlər Qrupunun “Dəmir Ay” təqaüdünə layiq görülüb.
“SOFAZ Stock Pitch Competition”, “Azerbaijan Business Case Competition (ABCC)” və “Enactus World Cup” yarışmalarının qalibidir.
Bir çox nüfuzlu xarici və yerli şirkətlərdə təcrübəsi olan Nəzrin Balayeva hazırda “Moonwake Investment” şirkətində biznes-analitik kimi çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]