UNİVERSİTET TƏLƏBƏLƏRİNİN SƏRGİSİ AÇILMIŞDIR
Sərgidə teatr sənəti ilə bağlı tərtibat, boyakarlıq və qrafika janrlarında əsərlər nümayiş etdirilir.
Tanınmış mədəniyyət və incəsənət xadimlərinin, mədəni ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərginin açılış mərasimində universitetin rektoru, professor Timuçin Əfəndiyev teatr-dekor sənətinin respublikamızda tarixən çox da qədim olmadığını, ötən əsrin 1990–cı illərində Rəssamlar İttifaqının köməyi ilə bu ali təhsil ocağına uyğun ixtisas fənninin tədrisinə başlandığını diqqətə çatdırmış, sərginin təşkilində teatr rəssamı müəllimlərinin əməyini qeyd etmişdir. Universitetdə 40 ilə yaxın fəaliyyət göstərən rəssamlıq fakültəsində bu gün respublikamızda tanınan onlarca fırça ustası yetişmişdir. Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin təşəbbüsü ilə universitetdə boyakarlıq, heykəltəraşlıq ixtisasları açılmışdır. Sonradan isə 14 ixtisas üzrə rəssamlıq şöbəsi yaradılmışdır. Tələbələrimizin sərgiləri təkcə respublikamızda deyil, xarici ölkələrdə də keçirilməyə başlamışdır.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov və başqaları tələbələri bu əlamətdar gün münasibətilə təbrik etmiş, təhsildə və yaradıcılıqda onlara uğurlar arzulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]