“US Open”-in finalı: Novak Cokoviç və Sten Vavrinka
Bakı, 10 sentyabr, AZƏRTAC
“US Open” tennis turnirində finalçılar məlum olub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Böyük Dəbilqə seriyasından olan bu turnirin finalına kişilər arasında serb Novak Cokoviç və isveçrəli Sten Vavrinka vəsiqə qazanıb
Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç yarımfinalda fransız Qael Monfisə 3:1 (6:3, 6:2, 3:6, 6:2) hesabı ilə qalib gəlib. Sten Vavrinka və yaponiyalı Kei Nisikori arasında keçirilən ikinci yarımfinal qarşılaşması da eyni hesabla yekunlaşıb (4:6, 7:5, 6:4, 6:2).
Qadınların final yarışında isə alman Anjelik Kerber və çex Karolina Plişkova qarşılaşacaq. Yarımfinalda ABŞ-dan olan məşhur raketka ustası Serena Uilyamsı məğlub edən alman tennisçi bu qələbə sayəsində dünya reytinq cədvəlinin birinci pilləsinə yüksəlib.