UŞAQ RƏSM STUDİYASI ÜZVLƏRİNİN SƏRGİSİ AÇILMIŞDIR
Sərgidə studiyanın bir çox rəsm müsabiqələrinin qalibi olmuş 10 üzvünün quaşla işlənmiş 73 əsəri nümayiş etdirilir. Onların arasında studiyanın ən kiçik üzvü 6 yaşlı Ceyla Cəbrayılovanın “Avtoportret”, “Veneranın doğulması” özünün səmimiliyi ilə, “Qış nağılı” kompozisiyası isə mürəkkəbliyi, bu yaşa xas olmayan təxəyyül və zəhmətin bəhrəsi kimi seçilir.
Tamaşaçılar Bəhram Yaradanquliyevin, Nuray Rüstəmovanın, Banu Torunun, Ayna Ələsgərovanın və başqalarının da əl işlərini maraqla qarşılayırlar.
Qalereyanın direktoru Eldəniz İbrahimov, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, studiyanın rəhbəri, rəssam İnna Kostina açılış mərasimində sərginin keçirilməsi münasibətilə uşaq rəssamları təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Sərgi noyabrın 30-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:13]
“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib
- 07.10.2026 [10:26]
Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…
- 06.10.2026 [20:59]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [15:05]