Uşaqlar arasında “Heydər Əliyev - 100 il” mövzusunda müsabiqə keçirilib
Bakı, 21 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin uşaqları üçün maarifləndirici-əyləncəli tədbir keçirib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevlə bağlı təqdimat olub.
Təqdimatdan sonra viktorina keçirilib, Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sualları düzgün cavablandıran 5 şagirdə hədiyyələr təqdim edilib. Tədbir çərçivəsində uşaqlar arasında “Heydər Əliyev - 100 il” müsabiqəsi də təşkil olunub. Müsabiqə zamanı 15 nəfərə hədiyyələr verilib.
Tədbirin sonunda bütün uşaqlara xatirə hədiyyələri, təmsil etdikləri məktəbə isə Ümummilli Lider Heydər Əliyev haqqında kitab hədiyyə olunub.