Useyn Bolt xeyriyyə futbol matçında iştirak edəcək
Bakı, 27 fevral, AZƏRTAC
Səkkizqat Olimpiya çempionu, sprinter Useyn Bolt xeyriyyə futbol matçında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, oyun iyunun 10-da Mançester şəhərindəki “Old Trafford” stadionunda keçiriləcək.
Matçda məşhurlardan və veteran futbolçulardan ibarət iki komanda mübarizə aparacaq. Oyundan yığılan gəlir UNICEF-in hesabına köçürüləcək.
Oyunun təşkilatçısı məşhur müğənni Robbi Uilyams və televiziya aparıcısı Conatan Uilksdir.
Qeyd edək ki, bir müddət əvvəl otuz bir yaşlı Bolt peşəkar futbol karyerasına başladığını açıqlamışdı. Artıq idmançı Cənubi Afrika Respublikasının “Mamelodi Sandaunz” komandası ilə müqavilə imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]