Azərbaycan Dövlət İnformasiya Agentliyi

Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına bir nəzər – məqalə

Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına bir nəzər – məqalə

Bakı, 10 mart, AZƏRTAC

XX əsrin əvvəllərində Qarabağ ədəbi-mədəni mühiti Azərbaycan xalqına qiymətsiz bir gövhər bəxş etdi. Bu gövhərin adı Üzeyir, soyadı Hacıbəyli idi. Üzeyir Hacıbəyli mötəbər, ruhani bir nəsildən idi və onun mənsub olduğu şəcərə hər zaman elmli, ziyalı, zəkalı və xalqa xeyir gətirən adamlar olublar.

Bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına bir nəzər” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni ixtisarla təqdim edir.

Üzeyir 1885-ci ildə atası və anası Ağcabədidə qonaq olarkən gözlərini dünyaya açdı. Ailə bir qədər sonra evlərinə, Şuşaya qayıtdı. Üzeyir ilk təhsilini Şuşa mədrəsələrindən birində alıb. Sonra Şuşadakı yeni üsullu məktəbdə oxuyub və on dörd yaşında Qori Müəllimlər Seminariyasının müsəlman uşaqlar üçün ibtidai bölməsinə qəbul olunub. Seminariyada Çernyayevski, Səfərəli Vəlibəyli, Firidun bəy Köçərli kimi güclü pedaqoqlardan mükəmməl təhsil alan Üzeyir 19 yaşında ikən təhsilini başa vurub və Qarabağda Hadrut kəndinə müəllim təyin olunub. Gənc Üzeyir burada dərs deməklə yanaşı, Bakıdakı “Kaspi” nəşriyyatına kənd həyatından və məişətindən xəbərlər yazıb göndərirdi. Məhz bununla da pedaqoji fəaliyyəti ilə yanaşı, mətbuat meydanına daxil olurdu.

Çox istedadlı olduğu üçün mövzu seçməkdə, mövzunun incələnməsi üçün forma seçməkdə çətinlik çəkmirdi. Üzeyir bəyin üstün cəhətlərindən biri də bu idi ki, o, müşahidə etməyi çox yaxşı bacarırdı. Bir başqasının etinasız yanaşdığı bir hadisəyə, əhvalata, insana, hətta heyvana o heç vaxt etinasız yanaşmır, mövzusu mənalı, tərbiyəvi əhəmiyyət kəsb edən hadisələri, əhvalatları yadında saxlayır, müxtəlif insan xarakterlərini yaddaşına həkk edirdi. Ədib güclü bir psixoloq kimi sanki insanların ruhunu görür, mənəviyyatlarının hansı dərəcədə olduğunu dərk edərək yaddaşına hopdururdu.

Bütün bunlarla yanaşı, o istər Şuşada, istərsə də Bakıda İslam dini ehkamlarını əziz tutan, mömin insanların arasında çox olur və onların məclislərində yaxından iştirak edirdi. Azərbaycanın ustad xanəndəsi Hacıbaba Hüseynov söyləyirdi ki, Üzeyir Hacıbəyli “Leyli və Məcnun”da istifadə etdiyi bəzi musiqi nümunələrini İmam Hüseyn əzadarlıqlarında eşitdiyi növhə, mərsiyə, sinəzən avazlarından əxz edib. Fikrimizcə, bu, onun imanından, İslam dininə olan məhəbbətindən irəli gəlirdi. Bu məhəbbət Üzeyir bəyin misli-bərabəri olmayan, dünyaya səs salmış “Leyli və Məcnun” operasında özünü bir daha büruzə verir.

Bəzi üzeyirsevərlər onu yalnız Azərbaycan professional musiqisinin yaradıcısı kimi təqdim edir və özləri də bilmədən elə fikir formalaşdırırlar ki, guya Üzeyir bəy yalnız bəstəkar olub, daha doğrusu, musiqidən başqa bir sənətə vaqif olmayıb. Lakin Üzeyir Hacıbəylinin zəngin və çoxşaxəli yaradıcılığı incəsənət, mədəniyyət və ədəbiyyatın bir çox sahələrini özündə ehtiva edib. Ən əsası isə odur ki, dahi sənətkar 1948-ci ildə Bakı şəhərində dünyasını dəyişsə də, onun bitib tükənməyən sənət xəzinəsi hələ neçə-neçə əsrlərin hüdudlarına yetəcək.

Bunu da unutmaq olmaz ki, 1918-ci ildə ermənilərdən ibarət daşnak-bolşevik silahlı birləşmələri xalqımıza qarşı qətliam törədərkən Üzeyir bəy Fransa mətbuatında çıxış edərək erməni vandalizmini, eyni zamanda, ingilislərin işğalçı siyasətini, “Sentro-Kaspi diktaturası hökuməti”nin zülmkarlığını, eserlərin riyakarlığını və Azərbaycanın başqa düşmənlərinin cəlladlığını öz publisistik çıxışları ilə bütün Avropaya yayırdı.

Ü.Hacıbəyli Azərbaycan bəstəkarlığının bünövrəsini yaratmış bir sənətkardır. Bu baxımdan o, Azərbaycan bəstəkarlarının hər birinin müəllimidir. O, Azərbaycan musiqisinin inkişafında misilsiz xidmətlər göstərib. Bununla yanaşı, onun çoxşaxəli fəaliyyəti jurnalist, publisist, tərcüməçi, pedaqoq, ictimai xadim və başqa qollara ayrılır. Lakin Üzeyir bəy bədii ədəbiyyatın dram sahəsində də yüksək məharət göstərib.

Dramaturqun yaratdığı yaddaqalan obrazlardan biri də “O olmasın, bu olsun” musiqili komediyasının baş qəhrəmanı Məşədi İbaddır. O, maddi cəhətdən zəngin, özünə görə hörməti olan, lakin bir yığın fırıldaqçı tərəfindən aldadılan, soyulan, mənəvi geriliyi ucbatından gülünc vəziyyətə düşən komik obrazdır. Diqqətlə düşündükdə görürük ki, o, heç də sovet ədəbi tənqidinin təqdim etdiyi kimi bisavad, avam deyil. Belə ki, əsər boyu onun Hafizdən qəzəllər dediyinin, “Tarixi-Nadir”dən danışdığının şahidi oluruq. Lakin onun əxlaq, maarif, mədəniyyət məsələlərinə baxışı köhnəlib. Məşədi İbad müasir dünya ilə ayaqlaşmır. Bir sözlə, bu obraz özü tənqid hədəfi olmaqla yanaşı, əsərdəki başqa tənqid hədəflərini açıb göstərmək üçün də bir vasitədir. Müəllif onun vasitəsilə dövrünün bütün eybəcərliklərinə güzgü tutmağı bacarır. Onun ətrafında cərəyan edən hadisələr nəticəsində dövrün ictimai qüsurları aydın görünür.

Üzeyir bəy antipod kimi düşünülən Məşədi İbad surətini elə bir səmimiyyətlə yaradıb ki, Azərbaycanda Məşədi İbadı sevməyən yoxdur. Bu da Ü.Hacıbəylinin fitri istedadının göstəricisidir.

Sirr deyil ki, Azərbaycan kinosunun şah əsərləri dedikdə ilklər sırasında “Arşın mal alan” (1945, rejissor Rza Təhmasib) operettası və “O olmasın, bu olsun” (1956, rejissor Hüseyn Seyidzadə) musiqili komediyası əsasında çəkilmiş filmlər yer alır. Təsadüfi deyil ki, hər iki əsər uzun illərdən bəri istər müsəlman Şərqində, istərsə də Avropanın cürbəcür səhnələrində dəfələrlə tamaşaya qoyularaq böyük bir tamaşaçı sevgisi qazanıb və indi də Avropanın ən möhtəşəm səhnələrində oynanılmaqdadır.

Ü.Hacıbəylidə nə sələflərinə, nə də ondan sonra gələn komediya yazanlara məxsus olmayan olduqca incə bir yumor var. Ədib “O olmasın, bu olsun” komediyasında əsərin baş qəhrəmanı Məşədi İbadın, eyni zamanda, onun hambalının, əyyaş Həsənqulunun, qoçu Əsgərin və başqa personajların dili ilə ürəkdən gülüş bəxş edir.

Onu da qeyd edək ki, 1956-cı ildə ekranlaşdırılmış “O olmasın, bu olsun” filmi istər onun quruluşçu rejissoru Hüseyn Seyidzadə, istər quruluşçu operatoru Əlisəttar Atakişiyev, istər musiqi tərtibatçısı Fikrət Əmirov, istərsə də Azərbaycanın korifey aktyorları - Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Möhsün Sənani, İsmayıl Osmanlı, İsmayıl Əfəndiyev, Mustafa Mərdanov, Əhməd Rumlu və başqalarından ibarət yaradıcı heyət tərəfindən olduqca mükəmməl şəkildə çəkilib tamaşaçıların ixtiyarına verilib.

Fikrimizcə, filmin ssenarisində bir sıra kobud xətalara yol verilib. Filmin ssenarisini yazan Sabit Rəhmanın birinci xətası dahi Üzeyir bəyin operettasındakı personajlardan biri - Qoçu Əsgərin keçi gəzdirən obraz kimi verilməsidir. Üzeyir bəyin operettasında Qoçu Əsgərin keçisi yoxdur və Qoçu Əsgər, sadəcə, lovğa, yalançı, ədabaz, eyni zamanda, öz gopları ilə gülüş doğuran bir surətdir. Sabit Rəhman isə filmin ssenarisində Qoçu Əsgərin şəhərin bazar-meydanlarında keçi ilə dolaşdığını göstərir.

Bakının XX əsrin əvvəllərinin tarixindən xəbəri olanlar çox yaxşı bilirlər ki, keçini Qoçu Nəcəfqulu gəzdirirmiş. Bu o Qoçu Nəcəfqulu idi ki, 1918-ci ildə daşnak-bolşevik silahlı birləşmələri Bakıda yerli müsəlman əhaliyə qarşı qətliam törədərkən Bakıdakı igidləri başına yığıb Məhəmməd Əmin Rəsulzadənin və Əhməd bəy Ağaoğlunun əzmkarlığı, qətiyyəti ilə Anadoluda toplanan, Azərbaycanı kafir caynağından xilas etməyə gələn “Qafqaz İslam Ordusu” Bakının beş kilometrliyindəki “Qurd qapısı”na çatana qədər sayca onlardan yüz dəfə çox olan ermənilərə qarşı qəhrəmancasına savaşmış, təkbaşına elə iki yüzdən yuxarı daşnakı məhv etmişdir. Onun igidliyi haqqında eşidən Qafqaz İslam Ordusunun başçısı Nuru paşa Qoçu Nəcəfqulunun sinəsinə “İgidliyə görə” medalı taxmışdı.

Lakin ssenaridə Sabit Rəhmanın xətası tək bundan ibarət deyil. O, Üzeyir bəyin, Hüseyn Ərəblinskinin, Mirzə Ələkbər Sabirin obrazlarını ssenariyə salaraq onların guya səhərdən-axşama qədər “Molla Nəsrəddin” mətbəəsində qərar tutduqlarını göstərir. Bununla da, Üzeyir bəy tərəfindən zərgər dəqiqliyi ilə işlənmiş bu əsərin bədii səviyyəsini aşağı endirir. Əfsuslar olsun ki, tamaşaçılar Üzeyir bəyin bu əsərini Sabit Rəhmanın xətaları ilə birlikdə qəbul edir.

Ədibin 1911-ci ildə yaratdığı, ilk dəfə 1912-ci ildə H.Ərəblinskinin rejissorluğu, Müslüm Maqomayevin dirijorluğu ilə Tağıyev teatrında oynanılan və böyük tamaşaçı sevgisi qazanan, uzun illər repertuardan düşməyən “Şah Abbas və Xurşudbanu” operettası olduqca təqdirəlayiqdir. Əsərin mövzusu xalq ədəbiyyatından götürülüb.

Üzeyir bəyin üstün cəhətlərinə paxıllıq edənlər onun zülmkar quruluşu tərifləmədiyini görüb həm Azərbaycanın ovaxtkı rəhbəri Mir Cəfər Bağırovun, həm də NKVD-nin baş müstəntiqi erməni Markaryanın qəbuluna gedərək cürbəcür böhtanlar ataraq onu həbsə aldırmaq istəmişlər. Lakin xainlərin bu cəhdi boşa çıxır. Çünki SSRİ-nin rəhbəri İ.Stalin 1915-ci ildə Bakıda, Tağıyev teatrında Üzeyir bəyin dahi Füzulinin misilsiz əsəri “Leyli və Məcnun” əsərinin motivləri əsasında bəstələdiyi möhtəşəm operaya tamaşa etmiş və çox bəyənmişdi.

Təsadüfi deyil ki, 1943-cü ildə ermənilərin ABŞ-da Üzeyir bəyin “Arşın mal alan” əsərini ekranlaşdıraraq öz adlarına çıxarmasından xəbər tutan Stalin Azərbaycan kinematoqraflarına bu əsəri tezliklə ekranlaşdırmağı tapşırmış və iki il müddətində Rza Təhmasib tərəfindən ekran təcəssümü tapan əsərə baxandan sonra həm Üzeyir bəyə, Rza Təhmasibə, baş rolların ifaçıları Rəşid Behbudova, Leyla Bədirbəyliyə, o cümlədən Vəli rolunun ifaçısı Lütfəli Abdullayevə, Cahan xala rolunun ifaçısı Münəvvər Kələntərliyə “Stalin mükafatı” (SSRİ Dövlət mükafatı) vermişdi. Bundan əvvəl isə Stalin 1937-ci ildə Üzeyir bəyin “Koroğlu” operasına tamaşa edərək əsəri çox bəyənmiş və bu münasibətlə ədibi həm Stalin mükafatına, həm də SSRİ Xalq artisti fəxri adına layiq görmüşdü.

Üzeyir bəy Füzuli aşiqi idi və bəlkə də bu sevgi onun istedadını birə on artırmışdı. Çünki Füzuli həqiqətən də bir dünyadır. Bu dünyaya varid olmaq insana çox şeylər verir. Lakin Üzeyir bəy bütün klassiklərə, o cümlədən dahi Nizami Gəncəviyə də hörmətlə yanaşırdı və təsadüfi deyil ki, böyük şairin iki möhtəşəm qəzəlinə musiqi bəstələmişdi. Lakin bu heyrətamiz bəstələr elə-belə meydana gəlməmişdi. Üzeyir bəy bu əsərlərə musiqi yazmamışdan əvvəl onların əruz vəzninin hansı bəhrlərində olduğunu öyrənmiş və bu bəhrlərin incəliklərinə bələd olandan sonra onlara musiqi bəstələmişdi.

Onu da qeyd edək ki, “Sevgili canan” qəzəlini fars dilindən Mirvarid Dilbazi, “Sənsiz” əsərini isə Cəfər Xəndan Azərbaycan dilinə tərcümə edib.

Sovet dövründə bəzi tədqiqatçılar Üzeyir bəyin guya əsərlərində köhnəliklə yeniliyi qarşı-qarşıya qoyduğunu yazır, guya köhnəliyin, yəni İslam dini ehkamları ilə sistemləşmiş həyatın tərəqqiyə, səadətə mane olduğunu, nəticədə isə yeniliyin köhnəlik üzərində qələbəsini ali bir məqsəd kimi vurğulayırdılar. Lakin bunlar totalitar rejimin istəyinə cavab verən tədqiqatlar idi və bu tədqiqatçılar ya Üzeyir bəyin irsini anlamırdılar, ya da elə hakimiyyətə şirin görünməkdən ötrü həqiqəti əks etdirməyən tədqiqatları bir-birindən köçürürdülər.

Əslində isə Üzeyir bəy öz tarixi keçmişini qamçılayan bir adam deyildi, əksinə, milli və dini dəyərlərimizi əziz tutan, ulularımızdan axıb gələn adət-ənənələrə çox bağlı bir şəxsiyyət idi. Bunu onun bütün əsərlərində görmək olar. Məsələn, sənətkarın 1912-1913-cü illərdə Moskva və Peterburq şəhərlərində musiqi təhsilini mükəmməlləşdirdiyi bir zamanda “Arşın mal alan”ı qələmə almışdı.

Ü.Hacıbəyli də məhz bu xalqın övladı idi. O, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, əxlaqi keyfiyyətlərini öz əsərlərində yüksək sənətkarlıqla əks etdirib və gələcək nəsillərə yadigar qoyub. Buna görə də Ü.Hacıbəylinin bütün əsərləri daim böyük uğur qazanıb və qazanmaqdadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO