Valensiya hakimiyyəti daşqınlardan zərər çəkənlərə 250 milyon avro yardım ayıracaq
Bakı, 31 oktyabr, AZƏRTAC
İspaniyanın Valensiya muxtar icmasının hakimiyyət orqanları çoxsaylı insan tələfatına və dağıntılara səbəb olan güclü yağış və daşqınların nəticələrinin aradan qaldırılması üçün 250 milyon avro ayıracaq.
AZƏRTAC “El Mundo” qəzetinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə bölgə hökumətinin başçısı Karlos Meyson bildirib. Onun sözlərinə görə, dəyən zərərə uyğun olaraq, yardımın həcmi artırıla bilər. Zərər çəkənlərin hər birinə azı 6 min avro ödəniləcək.
Valensiyada daşqınlar nəticəsində 92 nəfər həyatını itirib, itkin düşənlərin axtarışı davam edir. Bu, İspaniya tarixinin ən böyük təbii fəlakətlərindən biridir və ölkədə üçgünlük matəm elan olunub.
Oktyabrın 31-də respublikanın bəzi rayonlarında hava şəraiti ilə bağlı xəbərdarlıq qüvvədə qalacaq. Hazırda 120-yə yaxın magistral avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]