Vaqif Sadıqov: “Qarabağ”ın “Ayaks”a Avropa Liqasında ilk məğlubiyyəti yaşatmağını çox istəyirəm
Bakı, 24 oktyabr, AZƏRTAC
“Qarabağ” və “Ayaks” komandaları tarixlərində ilk dəfə üz-üzə gələcəklər. Bizi çox maraqlı oyun gözləyir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Vaqif Sadıqov UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda Bakıda keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı danışarkən deyib.
O, Niderland təmsilçisinin komanda şəklində yaxşı təsir bağışladığını bildirib: “Ayaks” fərdləri birləşdirən kollektiv kimi tanınır. Onlar Avropa meydanlarında böyük nüfuza sahibdirlər. Bu amillər “Qarabağ”ın bugünkü matçda işini çətinləşdirə bilər. Lakin Azərbaycan çempionunun da özünəməxsus oyun tərzi, eləcə də avrokubok təcrübəsi var. Oyunun ilk dəqiqələrindən mübarizənin içində qalmaq çox vacibdir. Qurban Qurbanovun kollektivi dəfələrlə böyük rəqiblərlə başabaş gəlib və uğurlu nəticələr qazanıb. Komanda ruhu və azarkeşlərin dəstəyi sayəsində Niderland klubuna bu turnirdə ilk məğlubiyyəti yaşatmağımızı çox istəyirəm. Çünki Ağdam təmsilçisində məşqçi işi, futbolçuların bir-birini anlaması hər kəsdə qələbəyə inam yaradır”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq “Qarabağ”-“Ayaks” görüşünün start fiti saat 20:45-də səslənəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]