Vəkillər Silahlı Qüvvələr Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər
Bakı, 26 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə iyunun 25-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardımla bağlı respublika ərazisində fəaliyyət göstərən vəkil qurumlarında “Açıq qapı" günü təşkil edilib.
Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, “Pro Bono” Vəkil Bürosunda, Gəncə Regional Vəkil Bürosunda, Abşeron rayon Vəkil Bürosunda və Quba rayon Vəkil Bürosunda aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib.
Aksiya zamanı vətəndaşlar ailə hüququ, mülki mübahisələr, əmək münasibətləri, sosial təminatlar və digər hüquqi məsələlər üzrə ətraflı məsləhətlərlə təmin ediliblər.
Həmçinin vəkillər tərəfindən sakinlərə hüquqlarının müdafiəsi yolları, mövcud qanunvericiliyin tətbiqi və hüquqi prosedurlar barədə izahatlar verilib, onlara zəruri istiqamətlər üzrə yazılı tövsiyələr təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [18:56]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]