VENESİYA KOMİSSİYASI AZƏRBAYCAN PREZİDENTİNİN SEÇKİLƏRLƏ BAĞLI SON SƏRƏNCAMINI ALQIŞLAYIR
Sənəddə Venesiya Komissiyası noyabrın 6-da Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıqla əlaqədar Prezident İlham Əliyevin imzaladığı Sərəncamı yüksək qiymətləndirmiş, seçkilər zamanı barmaqların mürəkkəblə işarələnməsini, qeyri-hökumət təşkilatlarının seçkilərin gedişini müşahidə etmələrinə icazə verilməsi müsbət addım kimi qeyd edilmiş və bütün bunların Venesiya Komissiyasının 64–cü ümumi iclasında (21-22 oktyabr) Azərbaycan Respublikasının seçki qanunvericiliyində düzəlişlərlə bağlı Venesiya Komissiyasının və ATƏT-in son tövsiyələrindən irəli gəldiyi göstərilmişdir.
Komissiyanın, seçkilərə az vaxt qalmasına baxmayaraq bu dəyişikliklərin və rəhbər orqanlar tərəfindən göstəriləcək bir sıra təşəbbüslərin noyabrın 6-da seçkilərə sərbəst şərait yaradılmasına və şəffaf keçməsinə hərətərəfli imkan yaradacağına ümid etdiyi sənəddə öz əksini tapmışdır.
Sonda Komissiya ümid edir ki, seçki problemi ilə əlaqədar digər məsələlər barədə fikir mübadiləsi Azərbaycan Respublikasının rəhbərliyi ilə gələcək əməkdaşlıq zamanı müzakirə mövzusuna çevriləcəkdir.