VERGİDƏN YAYINAN TAKSİ VƏ YÜK DAŞIYAN AVTOMOBİLLƏR ÜZRƏ FİZİKİ ŞƏXSLƏR CƏZALANDIRILIRLAR
Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamentinin 2 nömrəli “Regionalnəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) AZƏRTAC-a bildirmişdir ki, kollektiv Tovuz, Ağstafa və Qazax rayonlarında nəqliyyat xidməti göstərən şəxslərdən sərnişin və yük daşımalarına görə ödənilən vergilərə nəzarət edir.
Cari ilin beş ayında nəqliyyat xidməti göstərən şəxslər tərəfindən sərnişin və yük daşımalarına görə büdcəyə 32 min 471 manat vəsait ödənilmişdir. İdarə tərəfindən hər ay qeydiyyata alınan nəqliyyat vasitələrinin sayı 600-dən çoxdur.
MMC-nin əsas problemi taksi və yük daşıyan avtomobillər üzrə fiziki şəxslərin vergidən yayınmasıdır. Bu ilin beş ayı ərzində 20-dən çox fiziki şəxsə cərimə aktları tərtib olunaraq 14 nömrəli Ərazi Vergilər İdarəsinə göndərilmişdir. Bu tədbir davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]