Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xatirəsi daim qəlblərdə yaşayacaq

Bakı, 28 avqust, AZƏRTAC

Azərbaycanın bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın xatirəsi hər zaman ehtiramla yad edilir. Onların qəhrəmanlığı gələcək nəsillər tərəfindən də hər zaman uca tutulacaq.

Qırx dörd günlük Qələbəni bizə yaşadan qorxmaz igid oğullarımızdan biri də Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevdir.

Qəhrəmanımız 1980-ci il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. Kiçik yaşlarından hərbə böyük marağı olan Anar 1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1997-2001-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. 2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. Elə həmin ildən Bakıdakı “N” saylı kəşfiyyat briqadasında leytenant kimi həqiqi hərbi xidmətə başlayıb. Şəhadətə ucalan günədək isə altı il xidmətini Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində davam etdirib.

Anar Əliyev 2008-ci ildə kapitan, 2012-ci ildə mayor, 2015-ci ildə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi alır. Beş dil bilən Azərbaycan Ordusunun yüksəkrütbəli zabiti mütəmadi olaraq xarici ölkələrdə kurslarda, təlimlərdə iştirak edib. 2019-cu ildə keçirilən xüsusi təyinatlılara rəhbərliyi Anar Əliyevə tapşırılan Beynəlxalq Qars təlimində Azərbaycan birincilik əldə edib. 2014-cü ildə Hərbi Akademiyanı bitirən Anar Əliyev müdafiə nazirinin əmri ilə Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığının sərəncamına göndərilir. Anar “N” saylı hərbi hissənin qərargah rəisi, sonra hərbi hissənin komandiri vəzifəsini icra edir. 2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya və Qaraqaya dağları işğaldan azad olunur və nəticədə 11 min hektar ərazi düşməndən təmizlənir. A.Əliyev bu əməliyyatda yaxından iştirak edir və “Şücaətə görə” medalı ilə təltif olunur.

Naxçıvan Xüsusi Təyinatlılarının briqada komandiri Füzuli, Cəbrayıl, Zəngilan uğrunda döyüşərək uğurlar qazanıb

2020-ci il iyunun 13-də hərbi hissənin komandir müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Anar Əliyev bu vəzifəni həmin il oktyabrın 17-dək icra edir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri idi. O, müharibənin ilk 13 günü Naxçıvanda xidmətdə olsa da, torpaqlarımızın yağı düşməndən azad olunmasında iştirak etmək üçün yuxarı komandanlığa müraciət edir. Azərbaycanın ərazi bütövlüyünün bərpası məqsədilə başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd və Füzuli rayonlarının, habelə bu rayonların kəndlərinin, Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşur. Qazandığı böyük təcrübə burada köməyinə çatır. Tabeliyində olan əsgərlərə uğurun necə əldə olunmasını aşılayır. Şuşa şəhərinin açarı hesab edilən “772” yüksəkliyinin götürülməsi, o qədər də asan məsələ deyildi. Lakin polkovnik-leytenant verilən döyüş tapşırığını uğurla yerinə yetirə bilir. Naxçıvan Xüsusi Təyinatlılarının briqada komandiri kimi Anar Əliyev Füzuli, Cəbrayıl, Zəngilan bölgələrində yüksəkliklər, yaşayış məntəqələrinin düşməndən təmizlənməsində özü və rəhbərlik etdiyi heyət döyüşərək uğurlar qazanır. Həmin döyüş əməliyyatları zamanı bir çox xüsusi təyinatlı tapşırıqların uğurla icrasında xüsusilə fərqlənib.

Xidməti dövründə A.Əliyevin göstərdiyi rəşadəti və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirdiyində qəhrəmanlığı Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Dövlət başçısının müvafiq sərəncamları ilə polkovnik-leytenant ölümündən sonra ən yüksək fəxri ad - “Vətən Müharibəsi Qəhrəmanı” adına və bir neçə döyüş medalına, o cümlədən “Vətən uğrunda” və “Şuşanın işğaldan azad edilməsi” medallarına layiq görülüb.

2020-ci il oktyabrın 21-də Anar Əliyev Xocavəndin Tuğ kəndində iki güllə yarası alaraq şəhadət zirvəsinə ucalıb. Vətən müharibəsi əfsanələrindən olan qəhrəmanımız İkinci Şəhidlər xiyabanında dəfn edilib. Gəncənin Gülüstan qəsəbəsindəki Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə onun adı verilib. Bundan başqa, Tərtər şəhərinin küçələrindən biri onun adını daşıyır. Nigar və Əli adlı iki övladı yadigar qalıb.

Azərbaycan Hərb Tarixi Muzeyində şəhidin əşyaları nümayiş olunur

Vətən Müharibəsi Qəhrəmanı şəhid Əliyev Anarın şəxsi əşyalarını 2021-ci ildə həyat yoldaşı Vüsalə Əliyeva Azərbaycan Hərb Tarixi Muzeyinə təqdim edib. Muzeyin sərgi zalında nümayiş olunan şəhidimizin şəkilləri, Fəxri fərmanları, “Əfsanəvi kəşfiyyatçı” adlı kitabı və polkovnik-leytenanta məxsus gündəlik hərbi geyim, telefonu, məğrur duruşlu şəkilləri muzeyə gələn qonaqlar tərəfindən böyük maraqla qarşılanır. Onun şərəfli və nümunəvi döyüş yolu gənc nəslin nümayəndələrinə çatdırılır. Tarix boyunca şəhidlik və qazilik ali ruhuna sahib olan xalqımızın mənliyində yaşayan iki uca əxlaqi keyfiyyət olub. “Ölərsən şəhid, qalarsan qazi” və bir də “Torpaq uğrunda ölən varsa, vətəndir” inamı onların şanlı zəfərlərinin sirri olub. Xalqımız Vətəni naminə həmişə döyüşüb, bu yolda ölməyi yaşamaqdan üstün tutub.

 

Qəhrəmanımız şərəfli həyat yolu keçib, vətənpərvər zabit kimi Vətənə qüsursuz xidmət, şücaət göstərib. İgidlər heç vaxt unudulmur. Dövlətimiz və xalqımız ana Vətənin azadlığı, müqəddəs torpağın şərəfi yolunda canını qurban verənləri daim qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır. Qarabağ savaşı bir daha göstərdi ki, müstəqil Azərbaycan doğrudan da qəhrəmanlar diyarıdır.

Hazırda dövlətimiz tərəfindən şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərilir, eləcə də onların xatirələri qəlblərdə daim uca tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO