Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsində Daxili Qoşunların ilk şəhidi – gizir Sərxan Abdullayev

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsində əsl qəhrəmanlıq nümunələri göstərərək, “dəmir yumruq”la erməni işğalçılarının başını əzməklə, düşməni diz çökdürən hərbi qulluqçularımızın şərəfli döyüş yolu diqqətlə öyrənilir və təbliğ edilir. Vətən uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalmış cəsur qəhrəmanlardan biri də gizir Abdullayev Sərxan Elxan oğludur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru, mayor Anar Əhmədovun şəhid Sərxan Abdullayev ilə bağlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Gizir Sərxan Abdullayev 1988-ci il noyabrın 2-də Qazax şəhərində hərbçi ailəsində anadan olub. Elxan Abdullayevin və Surayə ananın böyüdüb tərbiyə etdiyi üç oğuldan biri olan Sərxan ailənin ilk övladı idi.

Orta təhsilini Qazax şəhərindəki Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseydə alan Sərxan Abdullayev müddətli həqiqi hərbi xidmətini 2007-ci ilin yanvarından 2008-ci ilin iyulunadək Daxili Qoşunların Bakıdakı “N” saylı hərbi hissəsinin komendant bölüyündə keçib. Qısa fasilədən sonra - 2008-ci ilin noyabrından Daxili Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi Vətən qarşısındakı borcunu yenidən yerinə yetirməyə başlayıb. Hərbçi kimi atasının yolunu davam etdirmək arzusunda olan Sərxan xidmət etdiyi dövrdə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) təşkil olunan altı aylıq “Gizir hazırlığı kursu”nu bitirməyə müvəffəq olub. “Gizir” hərbi rütbəsində yenidən qoşunların Zaqataladakı “N” saylı hərbi hissəsində xidmətini davam etdirən S.Abdullayev 2013-cü ilin fevralından etibarən xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda yarımqrup komandiri vəzifəsini şərəflə yerinə yetirib. Bununla yanaşı, Sərxan əsl xüsusi təyinatlıya xas olan yüksək döyüş hazırlığı və əzmkarlığı ilə qazandığı “Zoğalı beret”i də hər zaman böyük qürur hissi ilə daşıyıb.

Sərxan Abdullayev 2014-cü ilin sentyabrından dekabrınadək qardaş Türkiyənin Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi Komandanlığında “Gizir komando təməl kursu”nu müvəffəqiyyətlə bitirib və ona müvafiq sertifikat verilib.

Nümunəvi yarımqrup komandiri kimi bilik və bacarığı sayəsində böyük rəislərin etimadını və tabeliyində olan şəxsi heyətin hörmətini qazanmağı bacarıb. Həmçinin xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı və qüsursuz xidmətilə fərqlənən cəsur hərbi qulluqçumuz 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib, eləcə də hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.

Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Qartal” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Zəfər” ordeni, “Şuşanın azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş mayor Sahib İbrahimov (Vətən müharibəsi zamanı Cəbrayıl rayonu ərazisində gedən döyüşdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi yarımqrup komandirinin nümunəvi xidmətini bu gün də böyük qürur hissi ilə qeyd edir: “Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dəstəmizin 5 nəfər hərbi qulluqçusu qəhrəmancasına vuruşaraq şəhid olub. Onlardan biri də öz igidliyi və vətənpərvərliyi, eləcə də Vətən müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını hərb tariximizə qızıl hərflərlə yazan yarımqrup komandiri gizir Sərxan Abdullayevdir.

Bir komandir kimi fəaliyyətinə gəlincə, deyə bilərəm ki, Sərxan ən bacarıqlı yarımqrup komandirlərindən biri olub. Qarşıya qoyulan bütün tapşırıqları vicdanla yerinə yetirib. Daxili Qoşunlar üzrə xüsusi təyinatlılar arasında keçirilən yarışlarda dəfələrlə dəstəmizi birinci yerə çıxarıb. Olduqca vətənpərvər, cəsur yarımqrup komandiri kimi şəxsi heyət üçün də hər zaman nümunə olub. Tabeliyindəki hərbi qulluqçulara qarşı tələbkarlığı ilə yanaşı, onlardan qayğısını da əsirgəməyib. Hər zaman şəxsi heyətin yanında olub. Elə döyüşdə də onları tək qoymadı.

İndiki kimi yadımdadır, sentyabrın 27-dən 28-ə keçən gecə, döyüşöncəsi Camışdağ silsiləsindən Ömər yüksəkliyi istiqamətinə keçid vaxtı 39 dərəcə hərarətinin olduğundan bizim təkidimizə baxmayaraq, Sərxan qəti şəkildə şəxsi heyətlə birgə hərbi əməliyyatlarda iştirak edəcəyini bildirdi və hərəkətə başladı. Bu vaxt mən onu yanıma çağırıb: “Sənin qızdırman var, xəstəsən, hərarətin yüksəkdir. Burda bizi gözlə, hələlik irəliyə getmə” dedim. Sərxan narazı halda: “Cənab mayor, dəstəmiz döyüşə gedir. Siz mənim yerimdə olsaydınız getməzdiniz?” deyə sual verdi. Mən cavabımda “Əlbəttə, mən getməliyəm” dedim. O da qəti şəkildə “Mən də getməliyəm. Mən də komandirəm. Mənim də şəxsi heyətim var”, deyə fikrini bitirdi və birinci qrupla birgə hərəkətini davam etdirdi. Bu vaxt hər birimiz onun necə vətənpərvər döyüşçü olduğunun bir daha şahidi olduq...”.

2020-ci il sentyabrın 28-də Kəlbəcər istiqamətində gedən döyüş Sərxanın sonuncu döyüşü oldu. Gizir Sərxan Abdullayevlə eyni qrupun tərkibində bu hərbi əməliyyatlarda yaxından iştirak etmiş “Qartal” xüsusi təyinatlı dəstəsinin cəsur hərbi qulluqçuları - baş çavuşlar Əlvan Hüseynov, Samir Yusibov, Rasim Tahirov və çavuş Şıxəli Məmmədovun qeyd etdikləri kimi, tabeliyində olan şəxsi heyətlə birgə döyüşə qatılan igid komandir ermənilərin xeyli sayda canlı qüvvəsini cəhənnəmə vasil edib. Lakin döyüşün gedişində düşmənin atdığı minaatan mərmisinin yaxınlıqda partlaması nəticəsində aldıqları çoxsaylı qəlpə yarasından gizir Sərxan Abdullayev və onunla birgə vuruşan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hakim Baxışov qəhrəmancasına şəhid olublar.

Gizir Sərxan Abdullayev 2020-ci il sentyabrın 28-də Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında dəfn olunub. Evli olan Sərxanın Orxan və Turan adlı iki oğlu var.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr və 29 dekabr tarixli sərəncamları ilə gizir Abdullayev Sərxan Elxan oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid gizirin atası Elxan Abdullayev Birinci Qarabağ müharibəsi veteranı, eyni zamanda, ehtiyatda olan gizirdir. Vətənpərvər ruhda böyüdüb tərbiyə etdiyi övladları ilə hər zaman qürur duyduğunu deyən Elxan Abdullayev bildirib: “Sərxan hərbi formanı səliqəli şəkildə elə geyinərdi ki, üzərində bir dənə də ləkə və qırışıq olmazdı. Hərbi formanı daşımaq onun üçün sanki toy-bayram idi, yəni, hərbçi peşəsini o dərəcədə sevirdi. Başqa cür ola da bilməzdi. Çünki o, gözünü açıb hərbi forma görmüşdü. Hərbçi peşəsinə bağlılıq onda uşaq yaşlarından yaranmışdı. Hələ kiçik yaşlarında olanda onu tez-tez özümlə hərbi hissəyə aparırdım. Qərargahda döyüş bayrağının yanında silahla dayanan əsgərə, şəxsi heyətə, silah və texnikalara diqqətlə baxırdı.

Sərxan olduqca vətənpərvər idi. Özünə təzə mobil telefon almışdı. Telefonunda ermənilərin Cıdır düzündə qol açıb rəqs etmələrinin videosunu izləməsi ona çox pis təsir etmişdi. Düşmənin bu mənfur hərəkətinə necə əsəbləşmişdisə, yeni aldığı telefonu divara çırpıb sındırmışdı. Bir ata kimi övlad itkisi mənim üçün nə qədər ağır olsa da, şəhid atası adını daşımaq bir o qədər qürurvericidir. Digər oğlum Elman da Vətən müharibəsi iştirakçısıdır. Övladlarımın vətənpərvərliyi ilə fəxr edirəm.

Qeyd edək ki, Sərxanın qardaşı Elman da hərbçidir. Kapitan hərbi rütbəsində olan Elman Abdullayev Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Bundan əlavə, şəhidimizin bibisi oğlu, Daxili Qoşunların Gəncədəki “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq xidmət edən əsgər Arif Tağıyev də Vətən müharibəsi qazisidir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarının birində şəhidlər barədə deyib: “Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır”. Vətən uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Sərxan kimi oğullarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələrini aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir