Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsinin Lerik rayonundan olan 47 şəhidinin xatirəsi dərin ehtiramla yad edilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 26-dan başlayan qar Talış dağlarını ağ rəngə boyamışdı. Uzunömürlülər diyarı Lerik çənə-dumana bürünmüşdü. Soyuq küləklər əsirdi. Ancaq respublikamızın cənub bölgəsinin insanları yenə də məğrur, qürurlu idi. Nə qar, nə çovğun, nə də soyuq küləklər onları qorxutmurdu. Hər kəs Azərbaycanın təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq respublikamızın ərazi bütövlüyü, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin sevincini yaşayırdı. Zəfər Günü ərəfəsində rayonun mədəni-maarif müəssisələrində, təhsil ocaqlarında, idarə və təşkilatlarda silsilə tədbirlər keçirilir, şəhidlərin xatirəsi ehtiramla yad edilir, şəhid ailələri ziyarət olunur, müharibə iştirakçılarının və qazilərin sosial problemlərinin həlli istiqamətində məqsədyönlü fəaliyyətlər göstərilir, Vətən torpaqlarının keşiyində mərdliklə dayanan Azərbaycan əsgərinə mənəvi dəstək göstərilməsi ümumrayon aksiyasına çevrilməkdə idi.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin gün igid əsgər və zabitlərimizin işğaldan azad etdikləri Füzuli rayonundan gələn xəbərləri bu ucqar dağ rayonunun sakinləri də diqqətlə izləyirdilər. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlqoyma mərasimində birgə iştirakı lerliklilərin də böyük sevincinə səbəb olmuşdu.

Oktyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən, Vətən müharibəsinin lerikli şəhidlərinin xatirəsinə həsr olunan anım mərasiminin başlamasına az qalmış sanki möcüzə baş verdi. Çən-duman Talış dağlarından çəkildi. Günəş al-şəfəqlərini ətrafa səpələdi. Paytaxt Bakıdan, eləcə də bir çox bölgələrdən gələn qonaqlar, şəhid ailələrinin üzvləri, ictimaiyyətin nümayəndələri dağlar qoynunda təntənəli açılışı olacaq Lerik şəhidləri memorial abidəsinin qarşısına toplaşdılar. Azərbaycan Respublikasının və qardaş Türkiyə Respublikasının dövlət bayraqları əzəmətlə dalğalanırdı.

Müdafiə Nazirliyinin, Lerik Rayon İcra Hakimiyyətinin rəsmiləri, deputatlar, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri hərbi orkestrin müşayiəti altında əllərində əklillər və gül dəstələri ilə abidəyə doğru irəlilədilər. Xeyriyyəçiliyi ilə ad çıxaran iş adamı, ehtiyatda olan polkovnik Aslan Hüseynovun təşəbbüsü və təşkilatçılığı ilə inşa edilən “Lerik şəhidləri” memorial abidəsinin üstündən bəyaz örtük götürüldü.

Qələbəyə gedən yollarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmək üçün Lerik rayonundan pərvazlanmış və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərkən öz şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan 47 şəhidin mərmər lövhələrdə əbədiləşən portretləri günəşin al-şəfəqləri altında daha da parlaq görünürdü. Həmin anlarda nəinki şəhid valideynləri, müharibə iştirakçıları, hərbi qulluqçular, ümumiyyətlə, qalib Azərbaycanımızın hər bir vətəndaşı qürur hissi keçirirdi.

Memorial abidə qarşısına Milli Məclisin, Müdafiə Nazirliyinin, Lerik Rayon İcra Hakimiyyətinin və digər təşkilatların adından əklillər düzüldü.

Şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edildi, Hərbi Dəniz Qüvvələrinin orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu. Beləliklə, Vətən müharibəsinin lerikli şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi başladı...

Bütün bunlar Lerik rayonundan xidməti ezamiyyətdən yenicə qayıdan Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin ilk təəssüratlarıdır.

Lerik şəhidlərinin anım mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından tədbir iştirakçılarını salamlayan polkovnik A.Qurbani Vətən müharibəsinin ilk günündən bütün xalqımız kimi leriklilərin də bir nəfər kimi ayağa qalxdığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşdiklərini, döyüşən orduya mənəvi və maddi dəstək göstərdiklərini, hər kəsin qələbə əzmi ilə çalışdığını, həm arxa, həm də ön cəbhədə hərb tariximizə şanlı səhifələr yazdıqlarını böyük iftixar hissi ilə qeyd edib. Vətənə layiqli övladlar, ordumuza cəsur, mübariz əsgərlər yetirdiklərinə görə şəhid valideynlərinə bir daha Müdafiə Nazirliyi rəhbərliyinin minnətdarlığını çatdırıb. Hərbi əməliyyatlar zamanı döyüş meydanlarında yaralanan, sağlamlığını itirən döyüşçülərə şəfalar arzulayıb.

Hazırda xidmətdə olan, içdikləri hərbi anda sadiq qalaraq Vətən qarşısında əsgəri borclarını şərəflə, vicdanla yerinə yetirən, düşmən təxribatlarının qarşısını mərdliklə, qətiyyətlə alan əsgər və zabitlərimizin öz həmyerlilərinə müraciəti alqışlarla qarşılanıb.

Nəzərə çatdırılıb ki, bütün qoşun növlərində, eyni zamanda, Vətən müharibəsinin bütün cəbhələrində Lerik rayonundan orduya çağırılan oğullar da əsl şücaət və igidlik nümunələri göstəriblər. Onlardan 47 nəfər son nəfəsinə, son gülləsinədək vuruşaraq müqəddəs məqama - Şəhidlik zirvəsinə ucalıb.

Müharibənin ilk günündə Füzuli rayonu istiqamətində komandiri olduğu tank taborunun şəxsi heyəti ilə birlikdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun Böyük Vətən müharibəsində faşizm üzərində göstərdiyi qəhrəmanlıq nümunəsini erməni faşizmi üzərində təkrarlayan mayor Amid Rəbbil oğlu Heydərov “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Mayor Ramin Mərdan oğlu Ağayev, kapitan Cəlil Ağaddin oğlu Cavadov, kapitan Əbülfəz Hüseynverdi oğlu Rəhmətov, baş leytenant Əliqismət Mükafat oğlu Yaqublu, miçman Elvin Ramiz oğlu Səfərov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elnur Cəlal oğlu Dadıyev, əsgər Çingiz Sulduz oğlu Babayev və başqaları Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən döyüş orden və medalları ilə təltif olunublar.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, deputat İqbal Məmmədov, “Azərbaycan Bayrağı” ordenli polkovnik-leytenant Etibar Camalov, iki şəhid atası Elman Məmmədov, şəhid kapitan Cəlil Cavadovun dayısı Aslan Hüseynov və başqaları çıxış edərək Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin xalqımızın və dövlətimizin tarixinin şərəfli salnaməsi olduğunu bildiriblər. Bu Qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, qəhrəman Ordumuzun əsgər və zabitlərinin şücaətinin, dövlətimizin başçısının qətiyyətinin, sərkərdə məharətinin, hücum diplomatiyasının, dəmir yumruğunun qələbəsi olduğu diqqətə çatdırılıb. Lerikli gənclərin bu gün də ixtisas seçimində hərbi peşələrə böyük maraq göstərdiyi, hazırda yüzlərlə gəncin Silahlı Qüvvələrin sıralarında nümunəvi zabit kimi xidmət etdikləri vurğulanıb.

Vətən Müharibəsi Qəhrəmanı şəhid zabit Amid Heydərovun atası Rəbbil Heydərovun çıxışı tədbir iştirakçılarının böyük marağına səbəb olub. O deyib: “Zəfər Günü ərəfəsində biz şəhid valideynləri nə qədər kədərlənsək də, bir o qədər qürur hissi keçiririk. Övladlarımızın intiqamı alınıb, qanı yerdə qalmayıb. Bir də ona görə fəxr edirik ki, bizim övladlarımızın xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilib. Xalqımız şəhidləri böyük izdihamla son mənzilə yola salıb. Dövlətimiz və xalqımız ağrılı, kədərli günlərimizdə bizə dayaq olub. Bu gün də Müzəffər Ali Baş Komandanımız İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi diqqət və qayğılarını biz şəhid ailələrindən əsirgəmirlər. Şəhid oğullarımızın xatirəsi ehtiramla yad edilir, onların adları əbədiləşdirilir. Biz oğullarımızı Vətən üçün böyütmüşük, Vətən üçün tərbiyə etmişik. Onlar Vətən uğrunda şəhidlikləri ilə xalqımızın, millətimizin, o cümlədən biz valideynlərinin başını bütün dünyada uca ediblər. Biz hər birimiz azərbaycanlıyıq, qarabağlıyıq. Məhz bu böyük Zəfərə, Qələbəyə də birliyimizlə, həmrəyliyimizlə, gücümüzlə nail olmuşuq. Azərbaycan yenilməzdir! Azərbaycanın müstəqilliyi əbədi və sarsılmazdır! Qarabağ Azərbaycandır!”

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümündən sonra təltif edilən hərbi qulluqçuların layiq görüldükləri orden və medallar onların ailələrinə təqdim olunub.

Müdafiə Nazirliyinin nəşri olan “Vətən müharibəsi şəhidləri” kitabı (müəllif Abdulla Qurbanidir) şəhid ailələrinə, rayon kitabxanalarına və Tarix-diyarşünaslıq muzeyinə hədiyyə edilib.

Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin solistləri Əməkdar artist Cahangir Qurbanov, Nigar Rəhimova, Ağabala Abdullayev, Günay Qasımova və Mətləb Ağayevin ifa etdikləri zəfər nəğmələri, hərbi marşlar və şəhidlərin xatirəsinə həsr olunan vətənpərvərlik mahnıları böyük marağa səbəb olub.

Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun büstünün ucaldıldığı park, həmçinin 2020-ci il oktyabrın 27-də Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan kapitan Cəlil Cavadovun məzarı ziyarət olunub.

Lerik rayonunda keçirilən anım mərasimi şəhidlərimizin xatirəsinə sonsuz ehtiram olmaqla yanaşı, həm də ulu öndər Heydər Əliyevdən miras Azərbaycançılıq məfkurəsinin və ordu-xalq birliyinin təntənəsinə çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb