VƏTƏNDAŞLAR RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRİ İLƏ TELEFON ƏLAQƏSİ SAXLAYACAQLAR
Əhalinin rabitə xidmətləri barədə rəy və təkliflərini öyrənmək məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində “İnam” telefon xətti yaradılmışdır. Xətt şənbə və bazar günlərindən başqa hər gün saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 14-də saat 11.00-da rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov birbaşa telefonla bir saat ərzində vətəndaşların rabitə xidməti ilə bağlı problemləri barədə rəy və təkliflərini dinləyəcəkdir.
“İnam” telefon rabitəsi xətti dekabrın 21-dək fəaliyyət göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:26]
Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır
- 07.10.2026 [12:23]
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
- 07.10.2026 [12:07]