İDMAN
Veteran cüdoçumuz qitə birincisi olub VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə bir qızıl medal yazdırıb.
Çempionatda 90 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Fərhad Rəcəbli ilk qarşılaşmasında rusiyalı Viktor Nikitinə qalib gəlib. Növbəti qarşılaşmasında Fransa təmsilçisi Herve Pillo üzərində qələbə qazanıb. Veteran cüdoçumuzun yarımfinaldakı rəqibi də fransalı olub. Rəcəbli Manuel Pajaronu da məğlub edərək finala yüksəlib. Həlledici görüşdə F.Rəcəbli Ukrayna cüdoçusu İhor Knyşa qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Digər təmsilçilərimiz - Tariyel Məmmədov (60 kq) beşinci, Mübariz Pənahov (100 kq) isə yeddinci yeri tutub.