Vəzərinin tərkibində olan vitamin ağızda olan yara və xoraların sağalmasını sürətləndirir
Bakı, 7 mart, AZƏRTAC
Ləkdə yetişdirilən bostan bitkisi olan vəzəri sürətlə inkişaf edir və əkiləndən iki həftə sonra onu dərib yemək olar. Soyuğa davamlı olduğuna görə onu ilin bütün fəsillərində yetişdirmək mümkündür.
AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, vəzərinin tərkibində olan maddələr dad reseptorlarını qıcıqlandırır və iştahı artırır. Həmçinin tərkibində olan kükürd həzmi normallaşdırır. Onun tərkibində yüksək miqdarda olan C vitamini ağızda olan yara və xoraların sağalmasını sürətləndirir, kalium və natrium orqanizmdə maye balansını və ürək ritmini tənzimləyir.
Vəzərinin köklərini kəsəndən sonra təxminən 10 dəqiqə üçün birə nisbətində hazırlanmış sirkəli və limonlu su məhlulunda saxlayanda üzərində olan parazitlər tələf olur.
Bitkinin yarpaqları ilə yanaşı, toxumlarından da istifadə edilir. Toxumlarında olan doymamış yağ turşuları beynin işini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, metobolizmi sürətləndirir, həmçinin qanda şəkəri tənzimləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [17:36]
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
- 16.08.2023 [12:58]
Qodji ən qiymətli dərman bitkilərindən biridir
- 11.08.2023 [11:58]
Çimərlik və turizm obyektlərində qidalanma
- 11.08.2023 [01:09]
Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu
- 05.08.2023 [15:52]
Hicama zamanı nəzərə alınmalı məqamlar
- 05.08.2023 [12:25]
Çay kimi tanınan sitrus bitkisi - Berqamot
- 04.08.2023 [12:42]
“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları
- 04.08.2023 [02:43]