VI “Virtual əlaçı” bilik yarışmasına start verilir
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-dən etibarən VI “Virtual əlaçı” bilik yarışmasına start verilir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən bildirilib.
Bildirilib ki, yarışmada iştirak etmək üçün “Virtual məktəb” portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.
Qeyd edilib ki, V “Virtual əlaçı” bilik yarışmasının nəticələri artıq elan olunub. Yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.