Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vicdanlı alıcı statusu hansı hallarda itirilir? – Ali Məhkəmədən izah

Vicdanlı alıcı statusu hansı hallarda itirilir? – Ali Məhkəmədən izah

Bakı, 25 iyun, AZƏRTAC

Məhkəmə təcrübəsi göstərir ki, bəzi hallarda mənzil, fərdi yaşayış evi, torpaq sahəsi, qaraj və digər daşınmaz əmlak əsl mülkiyyətçinin xəbəri və razılığı olmadan saxta sənədlərlə başqa şəxslərin adına rəsmiləşdirilir. Daha sonra həmin əmlak dövlət reyestrində aparılmış əsassız qeydiyyata əsaslanaraq üçüncü şəxslərə satılır. Belə hallarda əsl mülkiyyətçi məhkəməyə müraciət etdikdə ilk növbədə sübut etməlidir ki, əmlak onun iradəsi olmadan və qanunsuz şəkildə əlindən çıxarılıb. Məsələn, onun adından saxta etibarnamə tərtib edilərək mənzil satılıbsa, bu fakt məhkəmədə təsdiq olunmalıdır.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, saxtakarlıq sübuta yetirilərsə, həmin satışın və onun əsasında aparılmış ilk özgəninkiləşdirməyə dair qeydiyyatın hüquqi əsasının olmadığı müəyyən edilir. Lakin bununla məsələ bitmir. Çünki əmlak sonradan başqa şəxslərə satılmış ola bilər.

Bu zaman əsl mülkiyyətçi əmlakı iki halda geri qaytara bilər:

1. Üçüncü şəxslərlə bağlanmış müqavilələr uydurma olduqda, yəni “vicdanlı əldə edən görüntüsü” yaratmaq məqsdi daşıdıqda;

2. Sonrakı alıcılar vicdanlı əldə edən olmadıqda və ya vicdanlılıq qanunla qorunmadıqda.

Məhz bu mərhələdə əsas sual yaranır: Əmlakı sonradan alan şəxs, həqiqətən, vicdanlı alıcı olub, yoxsa sadəcə belə görüntü yaradıb? “Vicdanlı əldə edən görüntüsü” necə müəyyən edilə bilər?

Ali Məhkəmənin açıqlamasına görə, bəzi hallarda alıcı ilə satıcı arasında bağlanmış müqavilə yalnız formal xarakter daşıyır. Belə vəziyyətlərdə əsas məqsəd “vicdanlı əldə edən görüntüsü” yaratmaq və əmlakın əsl mülkiyyətçiyə qaytarılmasının qarşısını almaq olur.

Bu niyyət aşağıda qeyd olunan faktların mövcudluğu ilə müəyyənləşdirilə bilər:

• əldə edənlə əqdin qarşı tərəfi arasında əlbirliyə işarə edən qohumluq, dostluq, asılılıq və ya digər yaxınlıq münasibətlərinin olması;

• buna dair ağlabatan əsaslar olmadan əşya ilə bağlı müqavilənin həqiqi bazar dəyərindən dəfələrlə aşağı qiymətlə rəsmiləşdirilməsi;

• buna dair ağlabatan əsaslandırma olmadan əldə edənin müqavilənin bağlanmasından öncə və ya sonra əşyaya şəxsən (və ya nümayəndəsi və ya qohumu vasitəsilə) baxış keçirməməsi, əşyanın xüsusiyyətləri barədə məlumatsız olması;

• buna dair ağlabatan əsaslandırma olmadan əşyanın üçüncü şəxsin sahibliyinə verilməməsi, onun da əşyaya yiyələnməklə bağlı real cəhdlərinin olmaması, əşyanın yeni hüquqi əsaslar olmadan əsl mülkiyyətçinin sahibliyində qalmaqda davam etməsi;

• əldə edənin real alıcılıq qabiliyyətini istisna edən maddi vəziyyətinin və həyat şəraitinin onun adına rəsmiləşmənin formal olmasına işarə etməsi;

• buna dair ağlabatan əsaslar olmadan əşyanın dəyərinin notariusun depozit hesabına satıcı və ya onun təmsilçisi tərəfindən qoyulması və ya vəsaitin alıcının özü tərəfindən geri götürülməsi;

• cavabdehin həqiqi niyyətinin olmasına dair istinad etdiyi mühüm halların məhkəmə araşdırmasında təkzib olunması;

• əqdin görünüş üçün bağlandığına əsas verən digər hallar.

Lakin Ali Məhkəmə vurğulayır ki, əksər hallarda həmin faktlardan yalnız birinin mövcudluğu əqdin görünüş üçün bağlanması qənaətinə gəlmək üçün kifayət etmir. Məsələn, əşyanın həqiqi dəyərindən aşağı qiymətə əldə edilməsinə dair təkbaşına halın mövcudluğu əqdin uydurma olmasının təsdiqi üçün yetərli deyil. Xüsusilə dolayı sübutlara əsaslanarkən bu sübutlar bir-birini tamamlamalı, uzlaşmalı və alternativ izahları istisna edən vahid məntiqi sistem yaratmalı, yəni onlar məcmu şəkildə yalnız bir nəticəyə - əqdin uydurma olması qənaətinə aparmalıdır.

Bununla yanaşı, istisna hallarda elə bir fakt mövcud ola bilər ki, təkbaşına həlledici əhəmiyyət daşısın. Məsələn, alıcının real alıcılıq qabiliyyətini istisna edən maddi durumunun və həyat şəraitinin həddindən artıq ağır olmasına baxmayaraq, kifayət qədər yüksək dəyəri olan qeyri-yaşayış sahəsi əldə etməsi və bunun formal olmamasına dair hər hansı ağlabatan əsaslandırma verə bilməməsi.

Bağlanmış müqavilələrin uydurma əqd olması, yəni “vicdanlı əldə edən görüntüsü” yaratmaq niyyəti ilə bağlanması sübuta yetirilərsə, iddia təmin olunur və əmlak əsl mülkiyyətçiyə geri qaytarılmaqla onun adına olan reyestr qeydi bərpa olunur.

Müqavilələrin uydurma olmadığı, yəni üçüncü şəxsin əmlakı əldə etmək niyyətinin həqiqi olduğu hallarda isə onun vicdanlı olub-olmaması ayrıca qiymətləndirilməlidir.

Vicdanlı alıcı hansı hallarda qorunur?

Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat əsassız olsa belə, əşya hüquqlarını dövlət reyestrində olan qeydə etimad edərək əldə etmiş şəxslərin vicdanlılığı qanunla qorunur. Ona görə də, əmlakı əldə edən şəxs vicdanlı olduqda əsl mülkiyyətçinin iddiası rədd edilir və əmlak vicdanlı əldə edəndə saxlanılır, əsl mülkiyyətçiyə isə ona vurulan zərərin əvəzini tələb etmək hüququ izah olunur.

Alıcının vicdanlı olmadığı necə müəyyən edilir?

Qanun yalnız iki halda əldə edəni vicdanlı hesab etmir:

1. özgəninkiləşdirənin adına aparılmış əsassız qeydə dair reyestrə etirazın daxil edilməsi;

2. əldə edənin reyestr qeydinin qeyri-dəqiq olduğunu bilməsi.

Əgər əsl mülkiyyətçi vaxtında reyestrə etiraz təqdim edibsə, bu halda üçüncü şəxsin vicdanlılığı istisna olunur və əmlak ona qaytarılır. Bunun üçün mülkiyyətçinin yalnız həmin etirazın təqdim olunduğunu sübut etməsi kifayətdir.

Əgər reyestrə etiraz edilməyibsə, bu zaman əsl mülkiyyətçi alıcının vicdanlı olmadığını sübut etməlidir. Bu, o hallarda baş verir ki, müqavilə formal xarakter daşımır və alıcının əmlakı almaq niyyəti realdır, lakin o, satıcının adına olan reyestr qeydinin əsassız olduğunu bilir və buna baxmayaraq sövdələşməni həyata keçirir.

Praktikada belə halları birbaşa sübut etmək çətin olur. Çünki əsl mülkiyyətçi sonrakı sövdələşmələrin iştirakçısı deyil və alıcının reyestrdəki qeydin düzgün olmadığını bildiyinə dair birbaşa məlumat əldə edə bilmir. Bu səbəbdən təqdim olunan sübutlar çox vaxt dolayı xarakter daşıyır.

Vicdanlılıq dolayı sübutlarla təkzib edilə bilərmi?

Ali Məhkəmə qeyd edir ki, vicdanlılığın qiymətləndirilməsi zamanı birbaşa sübutlar olmadıqda dolayı sübutlardan istifadə mümkündür. Lakin bunun üçün bir deyil, bir neçə dolayı sübut mövcud olmalı, onların etibarlılığı şübhə doğurmamalı, sübutlar bir-birini təsdiqləməli və bir-biri ilə uzlaşmalıdır. Belə sübutların məcmusu elə nəticə yaratmalıdır ki, alıcının qeydiyyatın əsassız olduğunu bildiyi qənaətindən başqa ağlabatan izah mümkün olmasın.

Eyni zamanda, iddiaçı tərəfindən belə sübutlar təqdim edildikdə, əmlakı əldə edən üçüncü şəxs də prosessual fəallıq göstərməklə, həmin hallara dair öz münasibətini bildirə, onun vicdanlılığını şübhə altına almayan ağlabatan səbəbləri və bununla bağlı sübutları məhkəməyə təqdim edə bilər.

Unutmaq olmaz ki, qanunvericiliyin məqsədi formal olaraq vicdanlı görünən şəxsi deyil, həqiqətən vicdanlı olan şəxsi qorumaqdır. Buna görə də belə mübahisələrin yalnız formal meyarlarla həll edilməsi qəbuledilməzdir. Əks yanaşma həm mülkiyyət hüququnun konstitusion müdafiə mexanizminə, həm də vicdanlı əldəetmə institutunun mahiyyətinə zidd olmaqla yanaşı, hüquqazidd yollarla başqalarının əmlakını ələ keçirmək istəyən şəxsləri təşviq edə bilər.

Beləliklə, yuxarıda qeyd olunan qaydada aparılan qiymətləndirmə əsasında alıcının vicdanlı olmağı sübuta yetirilməzsə, onun hüquqları qorunur və əsl mülkiyyətçinin iddiası rədd olunmaqla, ona düşdüyü zərərin əvəzini tələb etmək hüququ izah edilir.

Bununla belə, bəzi hallarda alıcı vicdanlı olsa belə, qanunverici onun hüquqlarını qorumur.

Vicdanlı əldəetmə qaydasının tətbiq olunmadığı bəzi hallar

1. Ər-arvadın birgə mülkiyyəti

Ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əmlak onların hər ikisinin razılığı olmadan satılıbsa, əqd etibarsız sayılır. Bu halda ilk alıcının vicdanlı olub-olmamasının əhəmiyyəti yoxdur. Lakin əmlak sonradan başqa şəxslərə də satılarsa, həmin şəxslərin vicdanlılığı qiymətləndirilməlidir.

2. İkili qeydiyyat halları

Əgər daşınmaz əmlak üzrə əvvəlki mülkiyyətçinin qeydiyyatı ləğv edilmədən eyni əmlak başqa şəxsin adına da qeydiyyata alınıbsa, sonrakı alıcılar vicdanlı əldəetmə qaydalarına istinad edə bilməzlər. Belə mübahisələr qeydiyyata əsas olan sənədlərin qanuniliyi və həqiqiliyi araşdırılmaqla həll edilməlidir.

3. Xüsusi mülkiyyətə verilə bilməyən əmlaklar

Qanunla xüsusi mülkiyyətdə olması mümkün olmayan daşınmaz əmlaklar üzrə alıcıların vicdanlılığı qorunmur. Məsələn, xüsusi mühafizə olunan təbiət əraziləri dövlətə məxsusdur və özgəninkiləşdirilə bilməz.

4. Əvəzsiz əldə edilən əmlaklar

Daşınmaz əmlakı əvəzsiz əqdlərlə (bağışlama və sair) əldə edən şəxslər vicdanlı əldəetmə institutunun qorumasından yararlana bilməzlər. Çünki bu institut əsasən əmlakı ödəniş qarşılığında əldə edən və iqtisadi dövriyyədə risk daşıyan şəxslərin hüquqlarını qorumaq məqsədi daşıyır. Buna görə də əvəzsiz əldə edən şəxslər əsl mülkiyyətçiyə qarşı üstün hüquqi mövqeyə malik olmurlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib