DÜNYA
VİKTOR YUŞŞENKONUN ZƏHƏRLƏNDİRİLMƏSİ FAKTI SÜBUT EDİLMİŞDİR
Baş prokuror demişdir ki, prezidentliyə namizədin zəhərləndirilməsi işi üzrə açılmış əvvəlki cinayət işinin icrası 2004-cü ilin dekabrında keçmiş Baş prokuror Gennadi Vasilyev tərəfindən qanunsuz olaraq dayandırılmışdı.
Sentyabrın 15-də Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş sədri Aleksandr Turçinov bildirmişdi ki, Viktor Yuşşenkonun zəhərləndirilməsi faktı sübuta yetirilməmişdir. Belə ki, Ukrayna qanunvericiliyinə görə, ekspertizanı yerli mütəxəssislər aparmalıdırlar. Əcnəbi mütəxəssislərin rəyi Ukrayna hüquqşünaslığında sübut kimi qəbul olunmur.
Prezident özü vəziyyəti şərh edərək demişdir ki, o, heç bir ifadə verməmişdir və onun zəhərləndirilməsi barədə cinayət işinin başlanması tibb işçilərindən deyil, məhkəmə prosedurlarından asılıdır.
Xatırladaq ki, Ukrayna prezidentliyinə namizəd Viktor Yuşşenko 2004-cü il sentyabrın 10-da səhhətinin kəskin sürətdə pisləşməsi ilə əlaqədar Avstriyanın “Rudolffinerhaus” klinikasına müraciət etmişdi. Avstriya həkimləri onun vəziyyətinin ağır virus infeksiyası və ərzaq məhsullarında olmayan kimyəvi maddələr üzündən pisləşməsi barədə rəy vermişdilər.
V.Yuşşenko 2004-cü il sentyabrın 21-də parlamentdə çıxışında demişdir ki, iqtidar ona sui-qəsd etmişdir.
Dekabrın 11-də Avstriya klinikasının rəhbəri Mixael Simpfer təsdiqləmişdi ki, Yuşşenko dioksindən zəhərlənmişdir.