VİKTORİYA AVDEYEVA TANINMIŞ QROSSMEYSTER YELENA FATALİBEKOVA İLƏ HEÇ-HEÇƏ ETMİŞDİR
Bakı, 22 iyul (AZƏRTAC). İsraildə 18-ci Ümumdünya Makkabi Oyunları çərçivəsində keçirilən şahmat turnirində 8 tur oynanılmışdır.
Azərbaycan şahmatçısı Viktoriya Avdeyeva tanınmış rusiyalı qrossmeyster Yelena Fatalibekova ilə heç-heçə edərək, xallarının sayını 6-ya çatdırmışdır. İndi V.Avdeyeva 8-ci yerdədir.
Digər həmyerlimiz Gennadi Gelman isə israilli Conatan Şiffə uduzaraq, əvvəlki kimi 4 xalla turnir cədvəlinin ortalarında yer almışdır.
İsrail şahmatçısı Yozef Rozanski bu turda məğlubiyyətlə üzləşsə də, yenə də 7 xalla liderlik mövqeyini saxlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]