VİLNÜS TROLLEYBUSLARI ƏCNƏBİ DİLLƏR ÖYRƏDƏCƏK
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, oktyabrın 1-dən Vilnüs küçələrində “dil trolleybusları” hərəkətə başlayacaqdır. Burada sərnişinlər polyak və ingilis dillərini öyrənə biləcəklər. Sürücü hər dəfə dayanacağı elan edəndə dinamiklərdən bu dillərdə bir neçə faydalı cümlə eşidiləcəkdir. Salondakı yeşiklərə yazılı tapşırıqlar və çalışmalar qoyulacaqdır. Proqramın təşəbbüskarı Avropa Komissiyasıdır. Litva isə eksperiment üçün ilk meydan seçilmişdir. Arzu edənlər ev tapşırıqlarını da yerinə yetirə bilərlər. Ən yaxşı şagirdləri mükafat gözləyir – onlar dil kurslarında pulsuz oxuya biləcəklər.
Yaxın gələcəkdə oxşar proqramlar Avropa İttifaqının başqa ölkələrində də həyata keçiriləcəkdir. Öyrənilən dillər şəhərin və yerin xüsusiyyətinə uyğun seçiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]