Vinçentso Montellanın Türkiyə millisindəki gələcəyinə aydınlıq gəlib
Bakı, 29 iyun, AZƏRTAC
Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçentso Montella ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, dünya çempionatından sonra federasiya rəhbərliyi italiyalı mütəxəssislə sentyabrda start götürəcək UEFA Millətlər Liqasına hazırlıq planını müzakirə edib. Tərəflər məşqçilər korpusunda müəyyən dəyişikliklərin edilməsinin vacibliyi ilə bağlı ortaq mövqeyə gəliblər.
Qeyd edilib ki, məşqçi heyətinə mentor kimi fəaliyyət göstərəcək yeni mütəxəssisin cəlb olunması nəzərdən keçirilir. Bundan başqa, fiziki hazırlıq üzrə məşqçilər arasında da dəyişikliklərin ediləcəyi istisna olunmur.
Montellanın komandanın oyun üslubunda da yeniliklər etməyi planlaşdırdığı bildirilir.
Qeyd edək ki, Türkiyə millisi ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatında qrup mərhələsini 3 xalla dördüncü pillədə başa vuraraq turnirlə vidalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]