Virgil van Deyk cari mövsümdə Premyer Liqanın ən yaxşı futbolçusu seçilib
Bakı, 29 aprel, AZƏRTAC
“Liverpul” klubunun hollandiyalı müdafiəçisi Virgil van Deyk İngiltərə Peşəkar Futbolçular Birliyi tərəfindən 2018-2019-cu il mövsümündə Premyer Liqanın ən yaxşı futbolçusu seçilib.
AZƏRTAC Premyer Liqanın saytına istinadla xəbər verir ki, o, səsvermə nəticəsində “Mançester Siti”nin futbolçuları Rəhim Sterlinq, Serxio Aqüero, Bernardo Silva, eləcə də “Çelsi”nin kapitanı Eden Hazar və komanda yoldaşı Sadio Maneni geridə qoyub.
Hollandiyalı müdafiəçi cari mövsümdə “Liverpul”un heyətində 45 oyunda 4 qol vurub.
Xatırladaq ki, hollandiyalı futbolçulardan daha əvvəl bu mükafata Denis Berqkamp, Ruud van Nistelrooy və Robin van Persi layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]