VLADİMİR PUTİN RUSİYADA KEÇİRİLƏN PREZİDENT SEÇKİLƏRİNDƏ LİDERLİK EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ölkə ərazisində səsvermənin başa çatması ilə əlaqədar keçirilən ilk mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Aleksandr Veşnyakov demişdir ki, ilkin məlumatlara görə, səslərin 66,5 faizini toplayan V. Putin seçkilərdə liderlik edir. A. Veşnyakovun sözlərinə görə, V. Putindən sonra gələn Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov səslərin 14,7, müstəqil namizəd Sergey Qlazev 5,1, müstəqil namizəd İrina Xakamada 4,8, Liberal Demokrat Partiyasından olan namizəd Oleq Malışkin isə 3,1 faizini yığmışlar. Nəhayət, sonuncu yerdə gedən namizəd, Federasiya Şurasının sədri Sergey Mironov isə səslərin cəmi 0,9 faizini toplaya bilmişdir.
Səsvermə bülleteninin “Hamının əleyhinə” qrafasında seçicilərin 4,1 faizi səs vermişdir. A. Veşnyakov qeyd etmişdir ki, bu rəqəmlər seçki komissiyalarından daxil olan protokolların 14.7 faizinin araşdırılması nəticəsində məlum olmuşdur.