Vladimir Putin yalnız iki Avropa liderini Yeni il münasibətilə təbrik edib
Bakı, 30 dekabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin hazırkı Avropa liderlərindən yalnız Serbiya Prezidentinə və Macarıstanın Baş nazirinə Yeni il təbriki göndərib.
AZƏRTAC İnterfax agentliyinə istinadla xəbər verir ki, Kremlin saytında Rusiya Prezidenti Vladimir Putinin Milad və Yeni il bayramları münasibətilə xarici dövlət və hökumət başçılarına təbrikləri dərc edilib. Avropa liderlərindən yalnız ikisi - Serbiya Prezidenti Aleksandar Vuçiç və Macarıstanın Baş naziri Viktor Orban təbrik olunan liderlər arasındadır.
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidentinin ABŞ, Fransa və Almaniya liderlərini Yeni il münasibətilə təbrik edib-etməyəcəyi ilə bağlı jurnalistlərin suallarına aydınlıq gətirib: “Hazırda onlarla heç bir əlaqəmiz yoxdur. Prezident adıçəkilən ölkə liderlərinin qeyri-dost hərəkətlərini nəzərə alaraq onları təbrik etməyəcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]