Vüqar Həşimov Memorialının proqramı açıqlanıb
Bakı, 5 dekabr, AZƏRTAC
Sayca 9-cu dəfə təşkil olunacaq şahmat üzrə Vüqar Həşimov Memorialının proqramı məlum olub.
Turnirin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iştirakçı şahmatçılar, Təşkilat Komitəsinin üzvləri, eləcə də qonaqlar dekabrın 7-də II Fəxri xiyabanda Vüqar Həşimovun məzarını ziyarət edəcək. Sonra isə iti zəka sahibləri Qəbələyə yollanacaqlar.
Vüqar Həşimov Memorialının açılış mərasimi dekabrın 8-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində keçiriləcək. Açılışdan sonra rapid üzrə ilk turun oyunları baş tutacaq.
Yarışın ilk üç günü rapid, son gündə isə blits üzrə oyunlar olacaq. Bütün partiyalar turnirin rəsmi saytı ilə yayımlanacaq. Partiyaları Murad Həşimov və Kənan Qarayev şərh edəcəklər.
Qeyd edək ki, 9-cu Vüqar Həşimov Memorialının baş hakimi beynəlxalq qrosmeyster İlahə Qədimovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [15:54]
Plovdiv 2028-ci il üçün Avropa İdman Paytaxtı seçilib
- 30.10.2026 [15:31]
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- 30.10.2026 [15:14]
FIFA U-15 dünya çempionatında daha iki finalın qalibləri bəlli olub
- 30.10.2026 [14:31]
Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında yarımfinala yüksəlib
- 30.10.2026 [13:14]
Azərbaycan millisinin baş məşqçisi: Daha yaxşı nəticəyə ümid edirdik
- 30.10.2026 [12:33]