Vüqar Məmməd: Ustalıq səviyyəmizi oyundan oyuna yüksəltməliyik
Bakı, 25 yanvar, AZƏRTAC
Məşqlərdən və oyunlardan maksimum yararlanmağa çalışırıq. Hava şəraiti proqramımızı bir neçə dəfə dəyişməyə məcbur edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Antalyada təlim-məşq toplanışı çərçivəsində Küveytin müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyunu keçirən U-19 yığmamızın baş məşqçisi Vüqar Məmməd deyib.
Mütəxəssis bildirib ki, komandam rəqibdən çox üstün idi. Yeganə çatışmayan amil o oldu ki, yaranmış epizodları qola çevirə bilmədik. Ustalıq səviyyəmizi oyundan oyuna yüksəltməliyik. Düşünürəm ki, bu gün qələbəni düşünməkdən çox kombinasiyalı oyunumuzu düzəltməliyik.
Qeyd edək ki, Azərbaycan-Küveyt oyununda qalib müəyyənləşməyib - 1:1. Yığmamızın heyətində Sərhad Daşdəmir fərqlənib. U-19 hazırlıq çərçivəsində növbəti oyununu yanvarın 27-də Norveçin “Tromso” U-19 komandasına qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]