Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycanda 2027-2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi inkişaf proqramının ilin sonunadək qəbul olunması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, proqram ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı əsas çərçivə sənədi olacaq və iqtisadiyyatın bütün sahələrini əhatə edəcək: “Yeni proqram Azərbaycanın ortamüddətli inkişaf prioritetlərini müəyyənləşdirəcək və müxtəlif sahələr üzrə qəbul edilən sektoral proqramlarla əlaqələndiriləcək”.
Video - Mirrəsul Cəfərov
Fotoqraf - Tofiq Babayev