Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüsal Zamanov: Nüsüs kəndinin işğaldan azad olunması mənə əlçatmaz, duyğusal hisslər yaşatdı VİDEO

Vüsal Zamanov: Nüsüs kəndinin işğaldan azad olunması mənə əlçatmaz, duyğusal hisslər yaşatdı VİDEO

Bakı, 29 oktyabr, Məmməd Məmmədli, AZƏRTAC

Azərbaycan ordusunun erməni tapdağında olan torpaqlarımızı işğaldan azad etmək uğrunda gedən vətən savaşından bir ay ötdü. Artıq böyük Qələbəyə aparan yolda xeyli uğurlarımız var. Dövlətimizin başçısı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz bu bir ay ərzində 4 şəhər, 3 qəsəbə və 200-ə yaxın kəndi işğaldan azad edərək həmin yerlərə üçrəngli bayrağımızı sancıb. Xalqımız böyük sevincli günlər yaşayır. Bu sevinci yaşayanlar sırasında Cəbrayıl rayonunun Nüsüs kənd sakini, Cəbrayıl şəhər uşaq musiqi məktəbinin direktoru, 2007-ci il Muğam müsabiqəsinin diplomantı, xanəndə Vüsal Zamanov da var.

AZƏRTAC-ın müxbiri Vüsal Zamanovla görüşərək onun təəssüratlarını oxucularla bölüşür.

-Azad olunmuş rayonların sırasında ata-baba yurdun olan Cəbrayıl rayonu, doğma Nüsüs kəndi də var. Bu münasibətlə səni təbrik edirəm. İlk dəfə bu xəbəri eşidəndə hansı hisslər yaşadın?

-Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız başda olmaqla rəşadətli ordumuzun qarşısında baş əyirəm. Böyük fədakarlıqla aparılan bu müharibədə 27 illik həsrətimizə son qoyuldu. Cəbrayıl rayonunun sakini olaraq sevincimin həddi-hüdudu yoxdur. Oktyabrın 4-də rayonumuzun işğaldan azad edilməsi bütün cəbrayıllıları sevindirdi və bizə qürurverici anlar yaşatdı.

-Söhbətimizin bu yerində istərdim 90-cı illərə, birinci Qarabağ savaşında soydaşlarımızın məcburi köçkün həyatına başladığı vaxtlara qayıdaq. O zaman Cəbrayıldan çıxanda ailəniz harada yerləşdi, məcburi köçkün həyatını necə yaşadınız?

-1993-cü ildə Cəbrayıldan çıxanda 6 yaşım vardı. Uşaq olmağıma baxmayaraq, o yerlər indi də gözümün qarşısındadı. Bizim kənd 18-20 evdən ibarət idi və demək olar ki, bu ailələrin bir-biri ilə qohumluq əlaqəsi vardı. Müharibənin ilk günlərində biz böyüklü-kiçikli kəndimizdəki təpənin üstünə çıxıb, oradan qonşu kəndlərdə gedən atışmaları müşahidə edir, yaralıların necə daşındığını görürdük. Avqustun 23-də, axşam saatlarında atam bizi yuxudan oyatdı ki, qalxın, vəziyyət ağırdı, kənddən çıxırıq. Böyük qardaşım, bacım və mən çox ağrılı-acılı günlər yaşadıq. Onu da deyim ki, həmin vaxtlarda kənddə hər adamda avtomobil yox idi. O zaman biz öz “Niva” markalı avtomobilimizlə kəndi 16 nəfərlə tərk etdik. O gün mən bütün yolu maşının baqaj hissəndə gəldim. Həmin “Niva” indiyə qədər bizdədir. Düşünürəm ki, 27 ildən sonra həmin maşınla da kəndimizə qayıdacağıq. Bu tarixi günü bizə yaşatdıqları üçün ailəmiz adından Müzəffər Ali Baş Komandana təşəkkür edir və rəşadətli ordumuza yeni-yeni qələbə dolu uğurlar arzulayıram.

- Doğma Nüsüslə bağlı yaddaşında nələr qalıb, hansı xatirələrin var?

- Nüsüs kəndinin işğaldan azad olunması mənə əlçatmaz, duyğusal hisslər yaşatdı. O an bütün uşaqlıq xatirələrim gözümün önündən keçdi. O dövrün özünəməxsus uşaq əyləncəsi, oyunları vardı. İndi bu yaşımda o günlər yadıma düşəndə kövrəlirəm. Kəndimizi xatırlayanda gözümün qarşısında gözəl bir mənzərə canlanır. Yadımdadır, 6 yaşımda qonşu uşaqlarla quzu otarmağa gedirdik. Bizi quzulara göz olmaqdan ötrü örüş yerində qoyurdular ki, heyvanlar kiminsə ərazisinə keçməsin. Bizim kənd balaca olmasına baxmayaraq təbiəti çox səfalı idi. Kənddə bulaqlarımız, kəhrizlərimiz vardı. Elə bilirəm dünyada Cəbrayılın havasına, suyuna çatan ikinci bir yer yoxdur.

-İnşallah, müharibə bitəndən sonra bütün yaşayış məntəqələrimiz bərpa olunacaq, o cümlədən də Nüsüs kəndi yenidən qaynar həyatına başlayacaq. Cəbrayılla, doğma Nüsüslə bağlı hansı planların var?

-O yerlərə qayıdacağım günü 27 ildir səbirsizliklə gözləyirdim. Şükür ki, arzumuz, istəyimiz, muradımız çin oldu. Bizim yaralı yerimiz itirilmiş torpaqlarımıza qovuşmaq həsrətiydi. Bu gün artıq doğma yurd həsrətimizə son qoyuldu. Böyük sevinc içində, qaça-qaça qayıdacağıq yurdumuza.

2015-ci ildən Cəbrayıl uşaq musiqi məktəbinə rəhbərlik edirəm. Musiqi məktəbimiz rayonumuzun adını daşıyır və kollektivimizin 90 faizi Cəbrayıl rayonunun sakinləridir. Bu məktəb 1970-ci ildə Cəbrayıl şəhərində fəaliyyətə başlayıb və məlum səbəblərdən sonra, 1994-cü ildən Bakıda fəaliyyətini davam etdirib. Məktəbimizlə birgə rayonumuza qayıdacağımız günü böyük intizarla gözləyirik. Qayıdaq və böyük həvəslə işimizə davam edək.

- Milli musiqimizin şah damarı olan muğamlarımızı öyrənmək, ifa etmək, Allahın lütfü olan istedad, qabiliyyət tələb edir. Bilmək istərdim, harada təhsil almısan, müəllimin kim olub?

-1993-cü ildə məcburi köçkün kimi Beyləqan rayonuna gəldik. 1997-ci ildə Füzuli rayonu ərazisində Cəbrayıl və Füzuli məcburi köçkünləri üçün şəhərcik salındı. Həmin illərdə 7 illik Qarabağ uşaq musiqi məktəbində təhsil almışam. Hərbi mükəlləfiyyətlərimi başa vurduqdan sonra Asəf Zeynallı adına Musiqi Kollecində təhsilimi davam etdirdim. Mənim ən böyük arzum Xalq artisti Arif Babayevin tələbəsi olmaq idi. Şükürlər olsun ki, bu arzuma həmin kollecdə çatdım. 2007-ci ildə Heydər Əliyev Fondunun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə layihəsi olan muğam müsabiqəsinin diplomantı olmuşam. Müsabiqə bitdikdən sonra Azərbaycan Dövlət Muğam Teatrının solisti olmuşam. 2015-ci ildən isə Cəbrayıl rayonu uşaq musiqi məktəbinə rəhbərlik edirəm.

Uşaq yaşlarımda Füzuli uşaq musiqi məktəbində oxuyarkən bölgələrdə keçirilən müsabiqələrdə iştirak edirdim və hətta birinci yerə də çıxmışam. Oxuduğum illərdə tədris planına uyğun olaraq ustadlarımızdan bütün muğamları öyrənməyə çalışmışam. Biz tərəflərdə belə bir məsəl var: “Qarabağda hansı uşağı döysən, segah üstündə ağlayar”. Qarabağın bütün muğamlarını sevirəm. Qarabağlılara bir köynək yaxın olan segah muğamıdır. Buna görə də mən segaha daha çox üstünlük verirəm…

-Doğma kəndinlə, torpağınla görüşün haradan başlayacaq? Yəni Cəbrayıla qayıdanda ilk üz tutacağın yer hara olacaq?

-Cəbrayılda bizim müqəddəs ocaqlarımız var. İlk olaraq Hacı Qaraman ziyarətgahına baş çəkəcəm, babamın qəbrini ziyarət edəcəm.

-Bu gün biz hamımız Qarabağlıyıq. Amma bir də var o yerlərdə doğulasan, gözünü açdığın yurdun təbiətini canında-qanında daşıyasan. Bu mənada Qarabağ səndən ötrü hansı mənanı kəsb edir?

-Qarabağ nəinki mənim, bütün Azərbaycan xalqının yaralı yeri idi. Torpaqlarımızın 20 faizi işğal altında idi, heç bir Azərbaycan vətəndaşı bu ağrını həzm edə bilmirdi. Sağ olsun Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, onun rəhbərliyi ilə rəşadətli ordumuz işğalda olan torpaqlarımızı azad edir. Doğma yurd yerlərimizi öz sakinlərinə qaytarırlar. Ordumuzun əsgərləri ərazi bütövlüyümüzü bərpa etmək yolunda qəhrəmanlıqla döyüşərək cəbhədə böyük uğurlara nail olurlar. Cəbrayılda “Cocuq Mərcanlıdan Şuşaya” adlı bir plakat var. Həmin plakatda Vətən savaşımız öz əksini tapıb. Zəfər marşımızı ilk olaraq Cəbrayılın azad olunmasından sonra çaldıq. 4 oktyabr bu marşın başlanğıcı oldu. İnanıram ki, yaxın günlərdə üçrəngli bayrağımız Şuşada da dalğalanacaq. Onu da qeyd edim ki, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin bərpasından sonra Azərbaycanın inkişafı yollarında böyük uğurlara nail oldu. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev Azərbaycanı böyük inkişaf yoluna çıxarıb. Bu gün torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası yolunda qələbəmizin qazanılmasına inamımız böyükdür. Çünki, hamı bir yumruq kimi Ali Baş Komandanın ətrafında birlik nümayiş etdirir. Azərbaycan Ordusunun Zəfəri labüddür! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Vüsal Zamanov: Nüsüs kəndinin işğaldan azad olunması mənə əlçatmaz, duyğusal hisslər yaşatdı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyxdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı olub

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir

Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur

Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar

Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər

Jerald Darmanənin təqdim etdiyi cinayət ədaləti islahatı ilə bağlı qanun layihəsi rədd edilib

İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir

Rəşad Hüseynov: Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub

Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur - ŞƏRH

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Tarix Muzeyində mədəniyyətlərarası səyahət: uşaqlar Meksika və Azərbaycanı necə tanıdılar?

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Balıqçılıq və akvakultura sahəsində qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır

Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Fransada magistral avtomobil yollarına nəzarət üçün dronlar sınaqdan keçirilir

“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur

Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir

Hamza Hamzaoğlu: Türkiyə millisinin yarımfinala yüksəlməsi çempionluq qədər dəyərli olar – EKSKLÜZİV

Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan

“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir

Çin sınaq peykini kosmosa göndərib

Nəsimi rayonunda ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb

Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir