VYANADA XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ EYD EDİLMİŞDİR
Vyana, 26 fevral (AZƏRTAC). Avstriyada fəaliyyət göstərən “Azərbaycan Akademik Birliyi”nin təşkilatçılığı ilə Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında və meydanın ətrafında əhalinin gur hərəkət etdiyi küçələrdə Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar kütləvi aksiya keçirmişdir.
Ştefan meydanında qurulmuş çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, bröşürlər və digər informasiya materialları nümayiş etdirilmişdir. Cəmiyyətin fəalları yerli əhaliyə və şəhərin qonaqlarına Xocalı faciəsi barədə ətraflı məlumat vermişlər. Çadırda quraşdırılmış ekranlarda Xocalı soyqırımı haqqında video və fotomateriallar, eyni zamanda, İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan www.justiceforkhojaly.org (Xocalıya ədalət) veb səhifəsi təqdim olunmuşdur.
Vyana şəhər bələdiyyəsinin və polisin rəsmi icazəsi ilə keçirilən aksiyada tələbələrimiz Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən şüarlar, Xocalı soyqırımını əks etdirən fotoplakatlar nümayiş etdirmiş, soyqırımı ilə bağlı əsas faktlardan ibarət mətn mütəmadi vaxt intervalı ilə alman dilində səsləndirilmiş, informasiya vərəqələri və bröşürlər paylanmışdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]