Xabi Alonso: Bu gün Bakıda çox güclü “Qarabağ” gördük
Bakı, 8 mart, AZƏRTAC
“Bizi çətin rəqibin gözlədiyinin fərqində idik. Bu gün Bakıda çox güclü “Qarabağ” gördük”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniya "Bayer"inin baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, Ağdam təmsilçisi qol fürsətlərindən istifadə edə bilsəydi, qalib gələcəkdi: "Rəqibin birinci, bizim isə ikinci hissədə şansımız gətirdi. Hesabı bərabərləşdirdik. Cavab matçında şanslar isə 50/50-dir. Hər şey istədiyimiz kimi alınmadı".
Onun sözlərinə görə, "Qarabağ"ın bəzi oyunçuları Bundesliqada oynaya biləcək səviyyədədirlər: "Dəqiq ad çəkə bilmərəm. Amma keyfiyyətli futbolçularınız var. Azərbaycan futbolu dedikdə, ağlıma birinci “Qarabağ” gəlir. Bu komanda uzun illərdir Avropada oynayır, ölkə çempionatının qalibi olur. Bütün bunları nəzərə alsaq, “Qarabağ”ın keyfiyyətli komanda olduğunu demək olar. Təbii ki, burada Qurban Qurbanovun əziyyəti böyükdür".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]