REGİONLAR
Xaçmazda kitabxana binası yanıb, 2 mindən çox kitab məhv olub
Xaçmaz, 8 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 8-i gecə saatlarında Xaçmazda kitabxana binasında yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın rayonun Düztahiroba kəndində qeydə alınıb. Hadisə nəticəsində ümumi sahəsi 66 kvadratmetr olan ikiotaqlı kitabxana binasında 2 mindən çox kitab yanaraq məhv olub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.