Xaçmazda meşə massivində yanğın başlayıb VİDEO
Bakı, 11 iyul, AZƏRTAC
Xaçmazda meşə massivində yanğın başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın Xaçmaz-Xudat yolunun kənarındakı ərazidə qeydə alınıb. Əraziyə Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hazırda Gəndob-Yalama yolunun yanğın baş verən hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.