XALQ ARTİSTİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev tədbiri açaraq, tanınmış sənətkarın yaradıcılığının bəzi məqamlarından, Ə.Qədirovun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışmış, görkəmli aktyorun “Şöhrət” ordeni ilə təltif olunması barədə Prezident İlham Əliyevin Sərəncamını oxumuşdur. Yüksək dövlət mükafatı və 60 illik yubileyi ilə əlaqədar sənətkarı təbrik edən Ə.Qarayev onun nazirliyin fəxri döş nişanına da layiq görüldüyünü diqqətə çatdırmış, aktyora yeni yaradıcılıq uğurları arzulamışdır.
Xalq artistləri - Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi Rasim Balayev, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov və başqaları Ə.Qədirovla tələbəlik illərindən başlayan dostluq anlarını xatırlamış, yubilyarın yaratdığı rəngarəng səhnə və kino obrazlarından söz açmış, onunla birgə fəaliyyətlərindən danışmışlar.
Tədbirdə sənətkarın oynadığı tamaşalardan səhnələr nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]