“Xalq bayramları probleminin nəzəri əsasları və Novruz” kitabı çapdan çıxıb
Bakı, 19 mart, AZƏRTAC
Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin “Xalq bayramları probleminin nəzəri əsasları və Novruz” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda “bayram” anlayışının semantik strukturu, bayramların təsnifatı, bayram probleminin metodoloji məsələləri, Novruz bayramına etnokulturoloji baxışlar, Novruzun etnokulturoloji düşüncə sistemi kimi formalaşmasında mifik inancların rolu və digər bu kimi məsələlərdən bəhs olunur.
Həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşr torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə ithaf edilib.
Folklor İnstitutu Elmi Şurasının qərarı ilə “Təknur” nəşriyyatında çap olunan kitabın redaktoru filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov, filologiya üzrə fəlsəfə doktorları Sevinc Qasımova və Elçin Qaliboğludur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [16:55]