Xalq Yazıçısı İsmayıl Şıxlının yubileyi “Sənətkar və zaman” adlı tədbirlə qeyd ediləcəkdir
Bakı, 24 mart (AZƏRTAC). Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq Yazıçısı İsmayıl Şıxlının 95 illik yubileyinə həsr olunmuş “Sənətkar və zaman” adlı tədbir keçiriləcəkdir.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Milli Məclisin deputatı, yazıçı-publisist, tərcüməçi Elmira Axundova, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” (“Zerkalo”) qəzetinin baş redaktoru Elçin Şıxlı, professor Əzizxan Tanrıverdi, “Dəli Kür” filmində Şamxal rolunun ifaçısı, Əməkdar İncəsənət Xadimi Fikrət Əliyev, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və digər tanınmış elm və sənət adamları iştirak edəcəklər.
Tədbirdə görkəmli yazıçının həyat və yaradıcılığı haqqında, həmçinin onun ssenarisi əsasında çəkilmiş filmlər barədə söhbət açilacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [14:12]
İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ
- 26.08.2026 [13:30]
Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO
- 26.08.2026 [12:12]