Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1971-ci il

Bakı, 20 oktyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

19 yanvar. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Gəncə şəhərində çini qablar zavodunun açılışında iştirak edib.

5 fevral. Bakı şəhər Partiya Komitəsinin konfransında nitq söyləyib.

10-12 mart. Azərbaycan Kommunist Partiyasının XXVIII qurultayında məruzə edib, yekun nitq və bağlanma mərasimində nitq söyləyib.

19 mart. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Teleqraf Agentliyinin (indiki AZƏRTAC) 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edib.

1 aprel. Sov. İKP-nin XХIV qurultayında nitq söyləyib.

3 iyun. Azərbaycan yazıçılarının qurultayında çıxış edib.

20 iyun. Bakıda C. Naxçıvanski adına Respublika Orta İxtisaslaşdırılmış İnternat Məktəbinin açılış mərasimində iştirak edib.

26 iyun. Dövlət nümayəndə heyəti ilə Neft Daşlarını ziyarət edib.

27 iyun. Dövlət nümayəndə heyəti ilə Sumqayıt şəhərində olub.

5 iyul. Azərbaycan Neft və Kimya İnstitutunun 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edib.

16 iyul. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

27 iyul. Ağstafaçay su anbarının açılışına həsr olunmuş tədbirdə iştirak edib.

20 oktyabr. Bakıda keçirilən elmi konfransda giriş sözü söyləyib.

29 oktyabr. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

3 dekabr. Azərbaycan neft emalı sənayesinin 100 illiyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edib.

X X X

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev XXVIII qurultaya hesabat məruzəsində respublikadakı vəziyyəti dərin təhlil edib, kənd təsərrüfatındakı geriliyin səbəblərindən danışıb: “Bir çox illər ərzində respublikanın kənd təsərrüfatına rəhbərlik işində ciddi təşkilati və aqrotexniki səhvlərə və qüsurlara yol verilirdi. Prinsipial məsələlərin, kənd təsərrüfatı problemlərinin həlli elmi zəminə əsaslanmır, çox vaxt özbaşına çıxarılan qərarların nəticəsi olurdu. Bunun nəticəsində kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması və onun sahələrinin yerləşdirilməsi işi kifayət qədər düşünülmədən, tələsik və müvafiq hazırlıq aparılmadan görülürdü ki, bu da bir sıra çox mühüm kənd təsərrüfatı məhsulları istehsalının həcminin xeyli azalmasına gətirib çıxarırdı”.

Martın 19-da dahi rəhbər Heydər Əliyev Azərbaycan Teleqraf Agentliyinin (indiki AZƏRTAC) 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edib. Çox keçmədən AZƏRTAC-ın texniki təchizatını yaxşılaşdırmaq istiqamətində mühüm addımlar atılıb. Heydər Əliyevin şəxsi nüfuzu hesabına müttəfiq respublikaların informasiya agentlikləri arasında Ukrinformdan sonra məhz AZƏRTAC kompüterlə təchiz edilib. Agentlik həm maddi-texniki bazasına, həm də yaradıcılıq potensialına görə birincilər sırasına çıxıb.

Heydər Əliyev 1971-ci ildən başlayaraq Azərbaycan yazıçılarının bütün ali məclislərində iştirak edib. Proqram xarakterli geniş və dolğun nitqlərində təşkilatın qarşısında dayanan vəzifələr, xalqın və dövlətin taleyində ədəbiyyatın yeri və rolu barəsində dəyərli fikirlər söyləyib, yazıçıları respublikamızın həyatında fəal mövqe tutmağa çağırıb.

Həmin dövrdə dahi rəhbəri düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi idi. Onun təşəbbüsü və uzaqgörənliyinin nəticəsi olaraq 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Hərbi məktəbdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı.

Bu gün ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və rəşadət göstərdilər.

Heydər Əliyevin inkişaf strategiyasında neft sənayesi xüsusi yer tuturdu. Ulu Öndər xüsusən Neft Daşlarında çalışanların əməyini yüksək qiymətləndirir, onların hörmətə layiq insanlar olduğunu dönə-dönə vurğulayırdı. İyunun 26-da Neft Daşlarına səfəri zamanı bunu bir daha dilə gətirdi.

1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçiləndən az sonra rəsmi yığıncaqların birində Heydər Əliyev Sumqayıt şəhərinin birtərəfli inkişafından narahat olduğunu bildirdi. Yəni o vaxt şəhərdə əsasən kimya müəssisələri və metallurgiya zavodları fəaliyyət göstərirdi. Çox keçmədi ki, böyük bir ərazidə nəhəng tikinti işlərinə başlanıldı. Üst trikotaj fabrikinin bünövrəsi qoyuldu. Hər axşam tikintinin gedişi barədə Heydər Əliyevə məlumat verilirdi. Nəhəng müəssisənin tikintisi qısa müddətdə başa çatdırıldı. Fabrik o vaxt əsas xammalı İttifaqın digər regionlarından aldığından müəyyən çətinliklər yaranırdı. Bu problemin həlli üçün yaxınlıqda sap istehsal edən xovlu iplik fabriki tikilib istifadəyə verildi.

Həmin dövrdə Azərbaycan Neft və Kimya İnstitutunun 50 illiyi Heydər Əliyevin iştirakı ilə qeyd olundu, kollektivin 100-dən çox üzvü fəxri ad və fərmanlarla təltif edildi.

X X X

Heydər Əliyevin Azərbaycan yazıçılarının V qurultayındakı nitqindən

“Azərbaycan ədəbiyyatı həmişə öz xalqının həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini əbədiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır. Bu ədəbiyyat bədii sözün gözəl nümunələrini yaradaraq zəmanəmizin yüksək romantikasını, xalqın döyüş rəşadətini, onun fədakar əməyini tərənnüm edir...

Yazıçı xalq üçün yaradır, öz kitablarını xalqa təqdim edir, buna görə kütlələrlə, oxucularla görüş, bilavasitə yaxınlıq ona xüsusilə coşqun ilham verir...

Biz istəyirik ki, yazıçılarımızın yaradıcılığı respublikanın ictimai-siyasi həyatı ilə sıx bağla olsun, onlar həyatdan ayrılmasınlar, kəskin problemlərdən və məsələlərdən kənara çəkilməsinlər, əksinə, həmişə hadisələrin qaynağında olsunlar...

Biz arzu edirik ki, yazıçılar öz yaratdıqları əsərlərə zamanın və günün tələbləri zirvəsindən qiymət versinlər...

Rus şairləri və nasirləri Azərbaycan ədəbiyyatının nümunələrini ilhamla və məhəbbətlə tərcümə etmişlər və edirlər...

Kim el sənətkarlarının bir-birinə qayğısını, diqqətini, öz peşəsinin sirlərini gənclərə necə həssaslıqla öyrətdiyini görübdürsə, yəqin ürəyində deyibdir: eşq olsun o sənətkara ki, öz yaradıcılığının məhdud çərçivəsində qapanıb qalmır, təkcə öz yaradıcılıq taleyini deyil, böyük sənətin gələcəyini düşünür...

Xalq öz təsəvvüründə yazıçının yaradıcılığını onun şəxsiyyətindən heç vaxt ayırmır. Oxucular üçün sənətkarın sözü və əməli, onun əsərləri və şəxsi idealı - qırılmaz vəhdətdir.

Biz yazıçıya insan qəlbinin mühəndisi deyirik. Bu adı doğrultmaq lazımdır”.

Azərbaycan KP MK-nın oktyabr plenumundakı məruzəsindən

“İncəsənət insanın mənəvi aləminin zənginləşməsində, şəxsiyyətin ahəngdar inkişafında mühüm vasitədir. Azərbaycan incəsənətinin ən yaxşı əsərləri respublikanın hüdudlarında uzaqlarda da böyük şöhrət qazanmışdır...

Lakin musiqi həyatımızda yaranmış vəziyyət ümumən narahatlıq doğurur. Hər şeydən əvvəl, ona görə ki, çoxdan bəri yeni, yaxşı opera əsərləri yaradılmır. Mahnı yaradıcılığı da geri qalır...

Musiqi ictimaiyyətinin mühüm bir vəzifəsi geniş zəhmətkeş kütlələrinə estetik musiqi zövqü aşılamaqdır. Mədəniyyət Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, Bəstəkarlar İttifaqı musiqi repertuarına daha böyük tələbkarlıqla yanaşmalı, bayağılığa, zövqsüzlüyə və xalturaya qarsı barışmaz mübarizə aparmalıdırlar...

Bəstəkarlarımız xalqın arzu və əməlləri ilə yaşamalı, forması maraqlı və ideya məzmunu dərin olan musiqi əsərləri yaratmalıdırlar...

Yaşayış məntəqələrində küçələrin və meydanların bədi memarlıq tərtibatını vermək, Azərbaycan torpağında çox olan tarixi abidələri bərpa etmək işləri gücləndirilməlidir...

Təəssüf ki, teatrların işində nöqsan nailiyyətdən çoxdur. Hər şeydən əvvəl, onların repertuarı bizi qane edə bilməz...

Teatr tamaşaçılara klassik əsərlər və sovet dramaturqlarının ən yaxşı əsərlərini göstərməkdənsə, çox vaxt məzmunu o qədər də dərin olmayan əyləndirici tamaşalar göstərir...

Musiqili komediya teatrının işində ciddi nöqsanlar vardır, onun səhnəsinə yalnız obıvatellərin zövqünü oxşaya bilən, ədəbi-bədii cəhətdən və öz musiqisi cəhətdən zəif operettalar tez-tez yol tapır...

Kino sənəti xadimləri elə filmlər yaratmalıdırlar ki, orada dərin həyat həqiqəti, ideya mövqelərinin aydınlığı və dürüstlüyü, yüksək bədii sənətkarlıq üzvi surətdə birləşmiş olsun...

Müəyyən irəliləyişə baxmayaraq, Azərbaycan kinematoqrafçılarının işi günün tələbləri ilə ayaqlaşmır. Bir sıra maraqlı filmlər yaradılsa da, bəzi hallarda filmin bədii səviyyəsinin aşağı olması mühüm bir mövzunu gözdən salır...

Tamaşaçılar Azərbaycan kino sənəti xadimlərindən müasirlərimiz haqqında dolğun bədii və sənədli filmlər gözləyirlər”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib