Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnama və Laosa səfər edəcək
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 12-dən 16-dək Vyetnamda və Laosda rəsmi səfərdə olacaq.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfər əsnasında nazir Elmar Məmmədyarov Vyetnamın və Laosun xarici işlər nazirləri və digər rəsmi şəxslərlə görüşəcək.